A - Group Insurance Company
Korporativ işlər üzrə hüquqşünas
Son tarix 15 mar 2024 - [email protected]
Korporativ işlər və Məsləhət Vermə üzrə:
- Cəmiyyətin korporativ idarə edilməsində dəstək olmaq, korporativ məsələlər, o cümlədən lisenziyalaşdırma, qeydiyyat, sığorta sahəsində tənzimlənmə, vergi, əmək və digər məsələlər üzrə şöbə qarşısında qoyulmuş tapşırıqları icra etmək;
- Cəmiyyətin digər şəxslərlə bağlayacağı bütün növ müqavilələri hüquqi ekspertizadan keçirmək və ya tərtib etmək və bu müqavilələr üzrə Cəmiyyətin maraqlarının maksimum surətdə təmin edilməsinə nail olmaq;
- Cəmiyyətin fəliyyətinə aid olan müvafiq qanunvericlik aktları, digər normativ hüquqi aktların və inzibati qərarların yenilənmiş toplusunu (kitabxanasını) hazırlamaq;
- Cəmiyyətin fəaliyyətini əks etdirən bütün korporativ hüquqi sənədlərin tam və yenilənmiş toplusunun saxlanmasını təmin etmək;
- Cəmiyyətin rəhbər şəxslər üçün zəruri olan hüquqi hesabat və rəylərin hazırlanmasına iştirak etmək;
- Şöbəyə aid sənədlərin qovluqlarda yerləşdirilməsini təmin etmək;
- bütün korparativ məsələlər üzrə yenilənmiş faylların saxlanılmasını təmin etmək;
- Dövlət orqanlarına və özəl qurumlara ünvanlanan məktubların hazırlanmasında dəstək olmaq;
Sığorta hadisələrinin tənzimlənməsi üzrə:
- Cəmiyyətdə sığorta hadisələrinin tənzimlənməsi üzrə sənədləşmənin qanunvericiliyə uyğunluğunu yoxlamaq;
Məhkəmə işləri üzrə:
- Tabe olduğu rəhbərin tapşırığına əsasən iddia və şikayət ərizələri hazırlamaq;
- Hüquqi məsələlər ilə əlaqədar bütün dövlət orqanları, qurumlar, idarə, müəssisə, təşkilatlar, hüquqi və fiziki şəxslərlə yazışmaların layihələrini hazırlamaq;
- Bütün məhkəmə sənədlərinin, pretenziyaların və hüquqi mübahisələrlə əlaqədar sənədləri düzgün tərtib etmək və vaxtında təqdim edilməsini təmin etmək;
- Etibarnamə əsasında məhkəmə işləri və digər mübahisələrdə cəmiyyəti təmsil etmək;
Digər:
- Departamentin idarə olunması ilə bağlı Departament müdirinə və Şöbə rəhbərinə inzibati dəstək göstərmək;
- Aid olduğu struktur bölmə daxilində vəzifə öhdəliklərinə uyğun olaraq rəhbərliyin verdiyi digər tapşırıqları vaxtında, dəqiq və tam yerinə yetirmək.
Tələblər:
- Ali hüquq təhsili;
- Azərbaycan dilini sərbəst bilmək; rus dilini bilmək arzu olunandır;
- MS Office proqramlarını əla səviyyədə bilmək;
- Azərbaycan Respublikası qanunvericiliyini mükəmməl bilmək (Məcəllə, normativ hüquqi aktlar, sığorta fəaliyyəti haqqında qanun və s.)
- Üzərinə məsuliyyət götürmək, müstəqil və komanda daxilində işləmək bacarığı;
- Ünsiyyət qurmaq bacarığı.
İş qrafiki: 5 günlük, 09.00-18.00
Tibbi sığorta qarşılanır
Maraqlanan şəxs CV-sini, mövzuda “Korporativ işlər üzrə hüquqşünas” qeyd etməklə elektron ünvanına göndərə bilər.