Norm OJSC
Nəqliyyat dispetçeri
Son tarix 16 dek 2024 - [email protected]
İş yeri: Qarabağ ofisi
Tələblər:
- Ali və ya orta texniki təhsil;
- Beton istehsalı və keyfiyyəti üzrə biliklər;
- Əlaqəli sahə üzrə ən azı 3 il iş təcrübəsi;
- Müştəriyönümlülük;
- Davamlı inkişaf;
- Keyfiyyət yönümlülük,
- Bütövlük.
Vəzifə və Öhdəliklər:
- Yükdaşınmanın təşkili;
- Xətt rəhbəri tərəfində verilmiş planlaşdırmaya uyğun olaraq mal buraxılışının doğruluğunu (düzgün məhsulun düzgün miqdarda doğru ünvana çatdırılmasını) təmin etmək;
- Müştərilərin tələblərinə uyğun vaxtda yüklərin çatdırılmasını təmin etmək;
- Logistik alətlərdə müvafiq qeydiyyatların və sifarişlərin statuslarının aparılması;
- Çatdırılma öhdəliklərini ödəmək üçün müvafiq əməliyyatların aparılması;
- Beton daşımalarının planlaşdırılması və proqnozlaşdırılması;
- Ehtiyac olduqda betonu qəbul edən şirkətlərlə əlaqə saxlamaq;
- Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə planına uyğun hərəkət etmək.
CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Son Müraciət Tarixi: 15 Dekabr 2024-cü il
Təmir işləri üzrə Usta
Son tarix 16 dek 2024 - - [email protected]
İş yeri: Bakı və Qarabağ ofisi
Tələblər
- Ali və ya orta texniki təhsil;
- Beton istehsalı və keyrə biliklər;
- Əlaqəli sahə üzrə ən azı 3 il iş təcrübəsi;
- Müştəriyönümlülük;
- Davamlı inkişaf;
- Keyfiyyət yönümlülük,
- Bütövlük.
Vəzifə və Öhdəliklər:
- Növbə ərzində istehsal prosesinin fasiləsiz işini təmin etmək üçün elektrik və avtomatika ilə bağlı problemlərin həll edilməsi;
- Həftəlik, aylıq və illik elektrik təmir işlərinin plana uyğun yerinə yetirilməsi;
- Qəza duruşlarında elektrik nasazlıqların müvafiq təlimatlara əsasən ən qısa zaman çərçivəsində aradan qaldırılması;
- Növbə ərzində istehsal prosesinin dayanıqlığının təmini üçün istismar avadanlıqlarının, bütün ölçmə cihazlarının texniki təmirinin icrası;
- İş əmrlərinə əsasən elektrik və elektronik təmir və ya montaj işlərinin icrası;
- Avadanlıqların fasiləsiz və yüksək keyfiyyətli işini, bunun üçün onların təlimata uyğun quraşdırılması və xidmətini aparılması;
- Polad və metal konstruksiyalarda bütün qaynaq işlərinin görülməsi;
- Kəsmə işlərində oksigen-propan və asetilen istifadəsinə nəzarət;
- Tikinti meydançasında və sexlərdə istehsal işlərinin icrası;
- Zəncirli qaldırıcı blok və s. qaldırıcı qurğulardan istifadə edərək hansısa işlərin həyata keçirilməsi;
- Cilalayan, dəlikaçan və s. mexaniki və elektrik əl alətlərindən istifadəyə görə cavabdehlik;
- Mexaniki təmirlərdən sora iş yerlərinin təmizlənməsi və tullantıların öncədən təyin olunmuş sahəyə yerləşdirmək.
CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Son Müraciət Tarixi: 15 Dekabr 2024-cü il
Beton zavodu operatoru
Son tarix 16 dek 2024 - [email protected]
İş yeri: Bakı və Qarabağ ofisi
Tələblər:
- Ali və ya orta texniki təhsil;
- Beton istehsalı və keyfiyyəti üzrə biliklər;
- Əlaqəli sahə üzrə ən azı 3 il iş təcrübəsi;
- Müştəriyönümlülük;
- Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarından xəbərdar olma;
- Ünsiyyət.
Vəzifə və Öhdəliklər:
- Beton istehsalını müvafiq tələblərə uyğun şəkildə icra etmək, qarışıqların düzgün hazırlanmasını təmin etmək;
- Beton istehsalı üçün lazım olan çınqıl, qum, sement və suyun düzgün miqdarda yığılmasını təmin etmək;
- İstehsal olunan beton qarışıqlarının keyfiyyətini yoxlamaq, müvafiq standartlara uyğunluğunu təmin etmək;
- İstehsal olunan betonun miqdarı, tərkibi və istehsal vaxtı ilə bağlı müvafiq sənədləri dəqiq doldurmaq;
- Müvafiq istehsal planına uyğun olaraq betonu zamanında hazırlamaq və müştəri tələblərinə uyğun göndərmək;
- İş zamanı şəxsi təhlükəsizlik və ətrafdakıların təhlükəsizliyini təmin etmək üçün bütün təhlükəsizlik qaydalarına riayət etmək;
- Hər hansı texniki və istehsalatla bağlı problemləri vaxtında aşkar edib, rəhbərliyə bildirmək və operativ həll yollarını tapmaq;
- Digər operatorlar, sahə rəhbərliyi və müştərilərlə müntəzəm əlaqə saxlamaq, işlərin koordinasiyalı şəkildə həyata keçirilməsini təmin etmək;
- Fövqəladə hallarda (nasazlıq, qəza və s.) operativ tədbirlər görmək və müvafiq təhlükəsizlik planlarına əməl etmək;
- Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi;
- Beton istehsalı ilə bağlı müvafiq təlimatları yerinə yetirmək, şirkət standartlarına riayət etmək və keyfiyyətə nəzarət etmək.
CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Son Müraciət Tarixi: 15 Dekabr 2024-cü il