Şirkət: AzerGold CJSC
Vakansiya: Qızıl otağının baş nəzarətçisi
Son tarix 23 iyl 2022 - Müraciət et
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Qızıl otağında aparılan elektroliz prosesinə uyğun vannaların prosesə hazırlanmasına nəzarət;
- Vannalarda (anod və katod) yuyulma prosesinin aparılmasına nəzarət;
- Xammalın (şlam) presdən yığılmasına və qurudulmasına nəzarət etmək;
- Əritmə sobasına nəzarət edilməsi, əritmə prosesinə hazırlıq və əritmə prosesində iştirak etmək;
- İstehsal olunan külçələrin təmizlənməsi və nömrələnməsinə nəzarət;
- Fərdi mühafizə vasitələrindən düzgün təyinatı üzrə istifadə etmək;
- Kimyəvi qarışıqların hazırlanmasını təşkil etmək;
- Fövqəladə hal zamanı qabaqlayıcı tədbirlər görmək;
- Vaxtaşırı rəhbərlik üçün tapşırıqların icrasının gedişi haqqında informasiya hazırlanmasında iştirak etmək;
Tələb olunan təhsil və iş təcrübəsi:
- Ali və ya orta ixtisas təhsili (metallurgiya və ya kimyaçı mühəndis ixtisasları üzrə)
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi.