İdeal Kredit BOKT
Qızıl girovlu kreditlər üzrə qrup rəhbəri
Son tarix 15 iyn 2025 - Müraciət et
Təsvir
- Aktiv satış təbliğatının aparılması və yeni potensial müştərilərin cəlb edilməsi;
- Daxili qayda və prosedurlara uyğun olaraq daxil olan kredit müraciətlərini emal etmək;
- Uyğun kredit müraciətlərini təsdiq üçün komitəyə çıxarmaq;
- Portfel keyfiyyətinin təhlili, idarə olunması;
- Gecikmə səbəblərinin araşdırılması və problemin aradan qaldırılması üçün tədbirlər görmək.
Tələblər
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi (bank və ya BOKT sahəsində təcrübə üstünlükdür);
- Güclü analitik qabiliyyət və satış bacarığı;
- MS Office proqramlarında işləmək bacarığı;
- Təhlil, qərarvermə və ünsiyyət bacarıqları.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
- Təcrübə - 3-4 il
- Təhsil - Bakalavr
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.