“Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxs
Hüquqşünas
Son tarix 06 iyl 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Hüquqi fəaliyyət üzrə metodik və normativ materiallar hazırlamaq.
- Xidmətin müxtəlif subyektlərlə bağladığı müqavilələrin ekspertizasının aparmaq.
- Şöbənin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində bir başa rəhbərinə təkliflər vermək.
- Fəaliyyəti ilə bağlı hesabatları dövrlər üzrə hazırlamaq.
- Xidmətin fəaliyyətində qanunlara əməl olunmasını və onun qanuni mənafelərinin müdafiəsini təmin etmək.
- Xidmətdə hazırlanmış əmrlərin, əsasnamələrin və digər hüquqi xarakterli aktların layihələrinin hüquqi ekspertizasını həyata keçirmək, onları təsdiq etmək, habelə zəruri hallarda bu sənədlərin hazırlanmasında iştirak etmək.
- Mövcud qanunvericiliyə zidd olaraq qəbul edilmiş hüquqi aktların dəyişdirilməsi və ya ləğv edilməsi üçün tədbirlər görmək.
- Xidmətin fəaliyyətində yaranan hüquqi məsələlərə dair rəylərin, habelə Xidmətə baxılmaq üçün daxil olan normativ hüquqi aktların layihələrinin hazırlanmasını təşkil etmək.
- Struktur bölmələrə hüquqi dəstək göstərmək.
- Məhkəmə işlərində hüquqi sənədlərin (iddia ərizələri, etirazlar, apelyasiya şikayətləri və s.) hazırlamaq.
- Məhkəmələrdə Xidməti etibarnamə əsasında təmsil etmək.
- Rəhbərliyin tapşırığı ilə mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları, müəssisə və təşkilatlar, beynəlxalq və qeyri-hökumət təşkilatlarında Xidməti təmsil etmək.
- Xidmətin inkişaf konsepsiyasının həyata keçirilməsində, dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsi üzrə təkliflərin hazırlanmasında və icrasında öz səlahiyyətləri daxilində iştirak etmək.
- Şöbə tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını təmin etmək.
Namizədə dair tələblər:
- Ali hüquqi təhsili.
- Hüquq sahəsində 5 ildən yuxarı iş təcrübəsi, o cümlədən 2 ildən yuxarı idarəetmə təcrübəsi;
- Hüquqi aspektlərlə bağlı problemləri müəyyən etmək və mümkün həll yollarını tapmaq bacarığı.
- Azərbaycan dilində səlis yazmaq və danışmaq.
- Xidmətin fəaliyyət istiqamətlərini müəyyən edən əsas normativ hüquqi aktları, dövlət siyasətini və qanunvericiliyin ümumi əsaslarını bilmək;
- Satınalma, təchizat, müqavilə proseslərindən xəbərdar olmaq;
- Microsoft Office proqramlarında işləmək bacarığı;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
- Məsuliyyətlilik, detallara nəzarət, operativlik;
- Qrup və fərdlər qarşısında təqdimat bacarıqları və təcrübəsi;
- Komandada və fərdi şəkildə işləmə bacarığı;
- Sistematik işləmək bacarığı, nizam intizam, və vaxtın düzgün idarə edilməsi;
- Uzun müddətli ezamiyyələrə hazırlıqlı olması.
Əmək şəraiti:
- İş yeri: Bakı və Qarabağ ərazisi
- İş rejimi: 5 gün, 09:00 – 18:00
- Əmək haqqı: 1430 AZN (net) və il ərzində mükafatlar
Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər azərbaycan dilində olan CV-lərini qeyd olunan elektron ünvana, mövzu hissəsində “Hüquqşünas” yazmaqla göndərə bilərlər.
Qeyd: Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Layihəçi memar
Son tarix 06 iyl 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Müxtəlif obyektər üçün kompleks layihələrinin memarlıq hissəsinin (bölməsinin) işlənib hazırlanması;
- Layihələndirmə layihə təkliflərinin və şəhər, məssisə, bina və qurğuların baş planlarının işlənib hazırlanması, müvafiq orqanlarla, nəzərdə tutulmuş layihə həlli və tikintinin yerinə yetirmə şərtlərinin razılaşdırılması;
- Layihə işlərinin müəyyən edilmiş vaxtda icrasını, keyfiyyət və qənaət etmənin yüksəldilməsinin, habelə qəbul edilmiş layihə həllinin, layihələndirmə və tikinti üzrə qüvvədə olan normativ materialla uyğun olmasının təmin edilməsi;
- Lazımi texniki-iqtisadi əsaslandırma və tikini-quraşdırma işlərinin həcmi üzrə hesablamanın tərtib edilməsi, tikintinin smeta dəyərinin, lazımi tərkibdə və sayda avadanlıq məmulat və materialların müəyyən edilməsi;
- Layihə - axtarış işlərinin aparılması üzrə sifarişçi və subpodrat təşkilatlarla müqavilə bağlanması üçün materialların hazırlanması;
- Subpodrat təşkilatlara texniki tapşırıqların işləyib hazırlanması və tapşırılmış işin icrası üçün, onların lazımi məlumatlarla təmin edilməsi;
- Layihələndirilən obyektlərin tikintisində müəllif nəzarətini yerinə yetirilməsi, tikintidə istifadə edilən inşaat materialları, konstruksiya, məmulatların təsdiq olunmuş layihə, standart və texniki şərtlərə uyğun olmasına nəzarət edilməsi;
Namizədə dair tələblər:
- Sahə üzrə ən azı 3 il iş təcrübəsi
- Memarlıq sahəsi üzrə ali təhsil
- Tikinti norma və qaydalarına dair biliklər;
- Layihələndirmənin metodları bilikləri və layihə işlərinin təşkili və planlaşdırılma bacarıqları;
- Şəhərsalma və memarlıq tapşırıqlarının həyata keçirilməsinə dair biliklər;
- Tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətlərini
- Layihə-smeta sənədlərinin işlənib hazırlanması və rəsmiləşdirilməsi üzrə standartlar, texniki şərtlər və digər rəhbər materiallar haqqında geniş məlumat;
- Layihə və tikinti-iqtisadi hesablamaların aparılması bilikləri;
- Layihələndirmə və tikinti işində qabaqcıl təcrübəyə sahib olmalıdır
- Komandada və fərdi şəkildə işləmə bacarığı;
- Sistematik işləmək bacarığı, nizam intizam, və vaxtın düzgün idarə edilməsi;
- Microsoft Office, AutoCad, 3Dmax, Revit və s. proqramlarda səlis işləmə bacarığı;
- Uzun müddətli ezamiyyələrə hazırlıqlı olması.
Əmək şəraiti:
- İş yeri: Bakı və Qarabağ ərazisi
- İş rejimi: 5 gün, 09:00 – 18:00
- Əmək haqqı: 1640 AZN (net) və il ərzində mükafatlarLa
Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər azərbaycan dilində olan CV-lərini qeyd olunan elektron ünvana, mövzu hissəsində “Memar” yazmaqla göndərə bilərlər.
Qeyd: Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Keyfiyyətə nəzarət və təminat şöbəsinin müdiri
Son tarix 06 iyl 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Xidmət üçün yeni KT/KN üzrə normativ və standartların tətbiqini, maddi-texniki və metodoloji təminatı həyata keçirmək;
- Rəhbərlik üçün KT/KN məlumatlarını hazırlamaq və hesabatlarını təqdim etmək;
- Keyfiyyət İdarəetmə Ssistemi (KİS) ilə bağlı fəaliyyət planlarını hazırlamaq, yerinə yetirilməsini izləmək və hesabat vermək;
- KİS ilə bağlı tələb olunan resursları müəyyənləşdirmək və təmin edilməsini izləmək;
- Keyfiyyət məqsədlərini hazırlamaq və izləmək;
- Keyfiyyət məqsədləri və proseslərinin müəyyən edilmiş fəaliyyət göstəricilərini izləmək və rəhbərliyi məlumatlandırmaq;
- Düzəldici fəaliyyətlərin icra edilməsinə nəzarət etmək;
- KİS-in daxili auditini təşkil etmək və hesabatı rəhbərliyə təqdim etmək;
- Rəhbərliyin təhlili üçün giriş məlumatlarını toplamaq;
- KİS-in xarici auditlə əlaqəli fəaliyyətlərini həyata keçirmək;
- Daxili uyğunsuzluq hesabatlarını idarə etmək;
- KİS-in təkmilləşdirilməsi ilə bağlı tələb olunan resursları müəyyənləşdirmək və təmin edilməsini izləmək;
- Təkmilləşdirmə fəaliyyətlərini hazırlamaq və razılaşdırılmış fəaliyyətləri izləmək.
- Xidmətin və şöbənin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində rəhbərliyə təkliflər vermək;
- Aşkarlanan qüsurların, nöqsanların, norma və qayda pozuntularının, çatışmazlıqların aradan qaldırılmasını tələb etmək;
- Keyfiyyətsiz işləri, prossesləri dayandırmaq;
Namizədə dair tələblər:
- Ali təhsil (mühəndislik sahəsi üzrə);
- Müvafiq sahə üzrə məhz tikintidə 5 ildən yuxarı iş təcrübəsi
- Tələbkarlılıq, idarəetmə, və rəhbərlik etmə bacarığı;
- Məsuliyyətlilik, detallara nəzarət, operativlik;
- Podratçı təşkilatlar düzgün ünsiyyət qurma bacarığı və təcrübəsi;
- Qrup və fərdlər qarşısında təqdimat bacarıqları və təcrübəsi;
- Komandada və fərdi şəkildə işləmə bacarığı;
- Sistematik işləmək bacarığı, nizam intizam, və vaxtın düzgün idarə edilməsi;
- Microsoft Office proqramlarında səlis işləmə bacarığı;
- Sənədləşmə işlərinin düzgün sistematik icrasını bilmək və təmin etmək bacarığı;
- Uzun müddətli ezamiyyələrə hazırlıqlı olması.
Əmək şəraiti:
- İş yeri: Bakı və Qarabağ ərazisi
- İş rejimi: 5 gün, 09:00 – 18:00
- Əmək haqqı: 1800 AZN (net) və il ərzində mükafatlar
Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər azərbaycan dilində olan CV-lərini qeyd olunan elektron ünvana, mövzu hissəsində “Keyfiyyətə nəzarət və təminat şöbəsinin müdiri” yazmaqla göndərə bilərlər.
Qeyd: Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Elektrik mühəndisi
Son tarix 06 iyl 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, ehtiyac və hədəflərə uyğun olaraq, mexanika, elektrik, zəif-axın sistemlərinin uyğunluğu barədə rəhbərliyə hesabat təqdim etmək,
- Layihələndirilən cizgilərin elektrik sistemləri bölmələrini estetik, texniki tələblərə və ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və Layihəçiləri bu tələblərə istiqamətləndirmək;
- Layihələrin Azərbaycan Respublikası qanunvericiliyinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcədə əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək,
- Elektrik sistemləri üzrə ilkin spesifikasiyaları, material təsnifatlarını, layihələndirmənin keyfiyyət səviyyəsini müəyyənləşdirmək;
- Layihələndirmə prosesinə daxil olan tərəflərlə yaxın əməkdaşlıq etmək;
- Layihələndirmə müddətlərinin elektrik hissələri üçün təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə İş Qrafikinin layihələndirməyə aid iş həcmlərinə uyğunluq nöqteyi-nəzərdən yoxlamaq;
- Layihənin müvafiq olaraq elektrik sistemləri üzrə satınalma strategiyasının təyin edilməsi prosesində iştirak etmək və müvafiq peşəkar rəy bildirmək, tender prosesinə texniki dəstək vermək;
- Layihəçi şirkətlər tərəfindən tamamlanmış elektrik sistemləri üzrə layihə sənədlərinin dövlət strukturları tərəfindən tam şəkildə təsdiq edilməsini və təsdiqlənmiş işçi layihə paketinin tikinti üçün müvafiq qaydada təqdim edilməsini təmin edilməsini təmin etmək;
- Layihələrin elektrik hissələrinin icra planını baxışdan keçirmək və təkmilləşdirilməsi məqsədi ilə layihə müdirinə öz texniki rəyini təmin etmək;
- Tikintinin elektrik sistemləri üzrə sınaq və inspeksiyalarında ehtiyac olduğu təqdirdə iştirak etmək və tikintinin təhvil-təslim prosesini təşkil etmək;
- Tələb edildiyi halda layihənin bütün mərhələlərində elektrik sistemləri üzrə sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək;
- Layihə elektrik sistemləri üzrə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsinin müvafiq Sənədləşdirilmiş Məlumatlara Nəzarət Proseduruna uyğun olaraq həyata keçirilməsini təmin etmək.
Namizədə dair tələblər:
- Elektrik mühəndisliyi üzrə Ali təhsil
- Müvafiq sahə üzrə sifarişçi olaraq 2 il işləməklə minimum 5 il (tikinti və ofis) iş təcrübəsi
- Tikinti normativ sənədlər barədə biliklər: AzDTN, EN, İEC, SNIP, IEC, BS, NFPA
- Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili - yaxşı
- Kompüter bilikləri: MS Office, AutoCAD
- İdarəetmə bacarığı
- Təqdimat bacarığı
- Pozitiv düşüncə
- Problemlərin həllinə yönəlmə
- Müsbət əlaqə və əməkdaşlıq qurma
- Özünə əminlik və inkişafa meylli olma
- Yaradıcılıq
- Komandada və fərdi şəkildə işləmə bacarığı;
- Uzun müddətli ezamiyyələrə hazırlıqlı olması.
Əmək şəraiti:
- İş yeri: Bakı və Qarabağ ərazisi
- İş rejimi: 5 gün, 09:00 – 18:00
- Əmək haqqı: 1640 AZN (net) və il ərzində mükafatlar
Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər azərbaycan dilində olan CV-lərini qeyd olunan elektron ünvana, mövzu hissəsində “Elektrik mühəndisi” yazmaqla göndərə bilərlər.
Qeyd: Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Zəif axın sistemləri üzrə mühəndis
Son tarix 06 iyl 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, ehtiyac və hədəflərə uyğun olaraq, zəif-axın sistemlərinin uyğunluğu barədə rəhbərliyə hesabat təqdim etmək;
- Layihələndirilən cizgilərin zəif-axın sistemləri bölmələrini estetik, texniki tələblərə və ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və Layihəçiləri bu tələblərə istiqamətləndirmək;
- Layihələrin Azərbaycan Respublikası qanunvericiliyinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcədə əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək;
- Zəif-axın sistemləri üzrə ilkin spesifikasiyaları, material təsnifatlarını, layihələndirmənin keyfiyyət səviyyəsini müəyyənləşdirmək;
- Layihələndirmə prosesinə daxil olan tərəflərlə yaxın əməkdaşlıq etmək;
- Layihələndirmə müddətlərinin zəif-axın hissələri üçün təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə İş Qrafikinin layihələndirməyə aid iş həcmlərinə uyğunluq nöqteyi-nəzərdən yoxlamaq;
- Layihənin müvafiq olaraq, zəif-axın sistemləri üzrə satınalma strategiyasının təyin edilməsi prosesində iştirak etmək və müvafiq peşəkar rəy bildirmək, tender prosesinə texniki dəstək vermək;
- Layihəçi şirkətlər tərəfindən tamamlanmış zəif-axın sistemləri üzrə layihə sənədlərinin dövlət strukturları tərəfindən tam şəkildə təsdiq edilməsini və təsdiqlənmiş işçi layihə paketinin tikinti üçün müvafiq qaydada təqdim edilməsini təmin edilməsini təmin etmək;
- Layihələrin zəif-axın hissələrinin icra planını baxışdan keçirmək və təkmilləşdirilməsi məqsədi ilə layihə müdirinə öz texniki rəyini təmin etmək;
- Tikintinin zəif-axın sistemləri üzrə sınaq və inspeksiyalarında ehtiyac olduğu təqdirdə iştirak etmək və tikintinin təhvil-təslim prosesini təşkil etmək;
- Tələb edildiyi halda layihənin bütün mərhələlərində zəif-axın sistemləri üzrə sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək;
- Layihə zəif-axın sistemləri üzrə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsinin müvafiq Sənədləşdirilmiş Məlumatlara Nəzarət Proseduruna uyğun olaraq həyata keçirilməsini təmin etmək.
Namizədə dair tələblər:
- Müvafiq sahə üzrə ali təhsil
- Müvafiq sahə üzrə sifarişçi olaraq 2 il işləməklə minimum 5 il (tikinti və ofis) iş təcrübəsi
- Tikinti normativ sənədlər barədə biliklər: AzDTN, EN, İEC, SNIP, IEC, BS, NFPA
- Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili - yaxşı
- Kompüter bilikləri: MS Office, AutoCAD
- İdarəetmə bacarığı
- Təqdimat bacarığı
- Pozitiv düşüncə
- Problemlərin həllinə yönəlmə
- Müsbət əlaqə və əməkdaşlıq qurma
- Özünə əminlik və inkişafa meylli olma
- Yaradıcılıq
- Komandada və fərdi şəkildə işləmə bacarığı;
- Uzun müddətli ezamiyyələrə hazırlıqlı olması.
Əmək şəraiti:
- İş yeri: Bakı və Qarabağ ərazisi
- İş rejimi: 5 gün, 09:00 – 18:00
- Əmək haqqı: 1640 AZN (net) və il ərzində mükafatlar
Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər azərbaycan dilində olan CV-lərini qeyd olunan elektron ünvana, mövzu hissəsində “Zəif axın sistemləri üzrə mühəndis” yazmaqla göndərə bilərlər.
Qeyd: Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Smeta mühəndisi
Son tarix 06 iyl 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- İnşa olunan obyektlər üzrə komplektləşdirilmiş layihə-smeta sənədlərinin olmasını və onların, təyinatına əsasən, tikinti-quraşdırma işlərinin icrası üçün verilməsini təmin etmək.
- Lahiyə təşkilatlarından lahiyə sənədlərini qəbul etmək və onlarla birlikdə, podrat tikinti təşkilatlarının iştirakı və bu sənədləri müzakirə etmək, lahiyə təşkilatlarının tərtib etdiyi smeta sənədlərinin düzgünlüyünü, qüvvədə olan normativ sənədlərə uyğunluğunu yoxlamaq.
- Yeni normativ qiymət, preyskurant, kataloqlar, vahid qiymətlər toplusu və s. qüvvəyə minməsi ilə əlaqədar, vaxtlı-vaxtında layihə-smeta sənədlərində lazımi dəyişikliklər etmək.
- Layihə-smeta sənədlərini lahiyə təşkilatları ilə razılaşdırmaya hazırlamaq.
- Layihə-smeta sənədləri üzrə, podratçı təşkilatlardan rəylərin alınmasını təmin etmək, ekspertiza və podratçının iradları üzrə onun axıra qədər işləməsinə nəzarət etmək və təsdiq olunması üçün hazırlamaq.
- Təsdiq edildikdən sonra, layihə-smeta sənədlərini tikinti təşkilatlarının müvafiq şöbələrinə göndərmək.
- Tikintisi başa çatmış obyektlərin layihələndirilməsinə çəkilən xərclərin silinməsi üçün mühasibatlığa lazımi sənədləri təqdim etmək;
- Layihə-smeta sənədləri üzrə lazımi arayışlar hazırlamaq.
- Onların arxivdə saxlanmasını təmin etmək. Müəyyən edilmiş forma üzrə hesabatları tərtib etmək.
Namizədə dair tələblər:
- İnşaat sektorunda istifadə olunan materialların, məmulatların, konstruksiyaların, avadanlıqların xüsusiyyətlərini və təyinatlarını bilmək;
- Sənədlərin tərtib edilməsi və rəsmiləşdirilməsi qaydalarına bələd olmaq;
- Müvafiq sahə üzrə ali təhsilli;
- Müvafiq işlər üzrə kalkulyasiyaların, hesabatların tərtib olunması və yoxlanılması qaydalarını bilmək;
- Sahə üzrə ən azı 3 il iş təcrübəsi
- Tikinti norma və qaydalarına dair biliklər;
- Layihə və tikinti-iqtisadi hesablamaların aparılması bilikləri;
- Komandada və fərdi şəkildə işləmə bacarığı;
- Sistematik işləmək bacarığı, nizam intizam, və vaxtın düzgün idarə edilməsi;
- Uzun müddətli ezamiyyələrə hazırlıqlı olması.
Əmək şəraiti:
- İş yeri: Bakı və Qarabağ ərazisi
- İş rejimi: 5 gün, 09:00 – 18:00
- Əmək haqqı: 1600-1400 AZN (net) və il ərzində mükafatlar
Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər azərbaycan dilində olan CV-lərini qeyd olunan elektron ünvana, mövzu hissəsində “Smeta mühəndisi” yazmaqla göndərə bilərlər.
Qeyd: Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Mexanika mühəndisi
Son tarix 06 iyl 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, ehtiyac və hədəflərə uyğun olaraq, mexanik sistemlərinin uyğunluğu barədə rəhbərliyə hesabat təqdim etmək;
- Layihələndirilən cizgilərin mexanik sistemləri bölmələrini estetik, texniki tələblərə və ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və Layihəçiləri bu tələblərə istiqamətləndirmək;
- Layihələrin Azərbaycan Respublikası qanunvericiliyinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcədə əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək;
- Mexanik sistemləri üzrə ilkin spesifikasiyaları, material təsnifatlarını, layihələndirmənin keyfiyyət səviyyəsini müəyyənləşdirmək;
- Layihələndirmə prosesinə daxil olan tərəflərlə yaxın əməkdaşlıq etmək;
- Layihələndirmə müddətlərinin mexanik hissələri üçün təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə İş Qrafikinin layihələndirməyə aid iş həcmlərinə uyğunluq nöqteyi-nəzərdən yoxlamaq;
- Layihənin müvafiq olaraq, mexanik sistemləri üzrə satınalma strategiyasının təyin edilməsi prosesində iştirak etmək və müvafiq peşəkar rəy bildirmək, tender prosesinə texniki dəstək vermək;
- Layihəçi şirkətlər tərəfindən tamamlanmış mexanik sistemləri üzrə layihə sənədlərinin dövlət strukturları tərəfindən tam şəkildə təsdiq edilməsini və təsdiqlənmiş işçi layihə paketinin tikinti üçün müvafiq qaydada təqdim edilməsini təmin edilməsini təmin etmək;
- Layihələrin mexanika hissələrinin icra planını baxışdan keçirmək və təkmilləşdirilməsi məqsədi ilə layihə müdirinə öz texniki rəyini təmin etmək;
- Tikintinin mexanik sistemləri üzrə sınaq və inspeksiyalarında ehtiyac olduğu təqdirdə iştirak etmək və tikintinin təhvil-təslim prosesini təşkil etmək;
- Tələb edildiyi halda layihənin bütün mərhələlərində mexanik sistemləri üzrə sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək;
- Layihə mexanik sistemləri üzrə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsinin müvafiq Sənədləşdirilmiş Məlumatlara Nəzarət Proseduruna uyğun olaraq həyata keçirilməsini təmin etmək.
Namizədə dair tələblər:
- Müvafiq sahə üzrə ali təhsil
- Müvafiq sahə üzrə sifarişçi olaraq 2 il işləməklə minimum 5 il (tikinti və ofis) iş təcrübəsi
- Tikinti normativ sənədlər barədə biliklər: AzDTN, EN, İEC, SNIP, IEC, BS, NFPA
- Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili - yaxşı
- Kompüter bilikləri: MS Office, AutoCAD
- İdarəetmə bacarığı
- Təqdimat bacarığı
- Pozitiv düşüncə
- Problemlərin həllinə yönəlmə
- Müsbət əlaqə və əməkdaşlıq qurma
- Özünə əminlik və inkişafa meylli olma
- Yaradıcılıq
- Komandada və fərdi şəkildə işləmə bacarığı;
- Uzun müddətli ezamiyyələrə hazırlıqlı olması.
Əmək şəraiti:
- İş yeri: Bakı və Qarabağ ərazisi
- İş rejimi: 5 gün, 09:00 – 18:00
- Əmək haqqı: 1640 AZN (net) və il ərzində mükafatlar
Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər azərbaycan dilində olan CV-lərini qeyd olunan elektron ünvana, mövzu hissəsində “Mexanika mühəndisi” yazmaqla göndərə bilərlər.
Qeyd: Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Konstruktor
Son tarix 06 iyl 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Toplantılar keçirmək, hesabatlar tərtib etmək, sənədlər hazırlamaq və müqavilə çərçivəsində sahibkar, konstruktor və subpodratçılar ilə danışıqlar aparmaqda layihə menecerinə köməklik göstərilməsi;
- İş həcminə nəzarət edilməsi, dəyişiklik edilmiş sənədlərin hazırlanmasına yardım etmək və daxili təsirlərin təhlil edilməsi;
- Layihənin təhlilinə və hesabatların hazırlanmasına köməklik edilməsi, layihə ilə əlaqədar bütün suallara aydınlıq gətirilməsi;
- İşlərin, hazırlanacaq konstruksiyaların texniki tapşırıqlara, standartlara, texniki təhlükəsizlik normalarına, istehsalatda iqtisadi texnologiyanın tələblərinə uyğun cavab verməsinin, eləcə də onların standartlaşmış vahid şəklə salınmış hissə və yığım vahidlərindən istifadəsinin təmin edilməsi;
- Layihə olunacaq məhsulun texniki göstəricilərinin səviyyəsini təmin etmək;
- Sxem və eskiz layihələri əsasında kinematik sxemləri, ümumi yığımın, konstruksiyanın ayrı-ayrı elementlərinin nəzəri bağlılığının tərtib edilməsi;
- İşçi layihələrinin yoxlanması və çertyojların, işin ixtisas və ya profil üzrə nəzarətinin keçirilməsi, mürəkkəb hissələrin naturadan eskizini çıxarılması;
- Layihə üzrə texniki hesablamaların aparılması və layihə olunacaq konstruksiyanın effektivliyinin təhlil edilməsi, konstruksiyaların istismarı üçün təlimat, onu aydınlaşdırıcı yazı, texniki səviyyə xəritəsi, pasport (o cümlədən patent və lisenziya), sınaq üçün proqramlar, texniki şərtlər və əvvəl işlənib hazırlanmış cizgilərdə dəyişiklik haqqında bildiriş vərəqələrinin və başqa texniki sənədlərin tərtib edilməsi;
- Başqa müəssisə və təşkilatlardan gələn konstruktor sənədlərinin onlardan gələcəkdə layihələşdirmə və konstruksiya işində istifadə etmək məqsədi ilə öyrənilməsi və təhlil edilməsi;
- İşlənib hazırlanmış layihələri müəssisə, idarə və təşkilatların başqa bölmələri, sifarişçi və nəzarət orqanları nümayəndələri ilə razılaşdırılması, işlənib hazırlanmış konstruksiyanı iqtisadi cəhətdən əsaslandırılması.
- Layihəçi təşkilatçılar tərəfindən göndərilən layihələrin СНП ГОСТ AzDTN normalarına uyğunluğunun yoxlanılması.
Namizədə dair tələblər:
- Layihələndirmə (yaxud əlaqədar sahədə) üzrə təhsil, yalnız inşaatçı mühəndis;
- Eyni anda bir neçə tapşırıq və problemin həll edilməsi bacarığı və əla ünsiyyət bacarıqları;
- Ümumi mühəndis hazırlığı;
- Nəzarətçi vəzifəsini yerinə yetirmək sahəsində bacarıq;
- Kompyuter bacarıgları: AutoCad, Archi Cad, Lira 9.6.
- Həmçinin, müasir texnologiya sahəsində tam biliyə malik olmalı və layihədə istifadə olunması məqsədilə texniki tapşırıqların yerinə yetirilməsi üçün müvafiq proqram təminatını seçmək və tətbiq etmək bacarığı olmalıdır.
- Layihələşdirmə sistemlərini və metodlarını bilməli;
- Cizgilərin və başqa konstruksiya sənədlərinin işlənib hazırlanması və rəsmiləşdirilməsi üçün lazım olan standartların və təlimatları bilməli;
- Sahə üzrə ən azı 3 il iş təcrübəsi
- Tikinti norma və qaydalarına dair biliklər;
- Layihə və tikinti-iqtisadi hesablamaların aparılması bilikləri;
- Komandada və fərdi şəkildə işləmə bacarığı;
- Sistematik işləmək bacarığı, nizam intizam, və vaxtın düzgün idarə edilməsi;
- Uzun müddətli ezamiyyələrə hazırlıqlı olması.
Əmək şəraiti:
- İş yeri: Bakı və Qarabağ ərazisi
- İş rejimi: 5 gün, 09:00 – 18:00
- Əmək haqqı: 1640 AZN (net) və il ərzində mükafatlar
Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər azərbaycan dilində olan CV-lərini qeyd olunan elektron ünvana, mövzu hissəsində “Konstruktor” yazmaqla göndərə bilərlər.
Qeyd: Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Katib-referent
Son tarix 06 iyl 2023 [email protected]
Vəzifə Öhdəlikləri:
- Xitmətin inzibati-sərəncamcı fəaliyyətinin təşkilati-texniki təminatı üzrə işi həyata keçirir.
- Rəhbərin baxması üçün daxil olan korrespondensiyanı qəbul edir, qəbul edilmiş qərara uyğun olaraq onu iş prosesində istifadə edilməsi, yaxud cavab hazırlanması üçün struktur bolmələrinə və ya konkret icraçılara verir.
- Xidmətin İcraçı direktorunun imzalaması üçün sənədləri və şəxsi ərizələri qəbul edir.
- Rəhbərin işi üçün zəruri olan sənədləri və materialları hazırlayır.
- İcraya daxil olmuş sənədlərin struktur bölmələrinin rəhbərləri və konkret icraçılar tərəfindən vaxtında baxılması və təqdim olunmasını izləyir, rəhbərin imzalaması üçün təqdim olunan sənədlərin hazırlanmış layihələrinin rəsmiləşdirilməsinin düzgünlüyünü yoxlayır, onların keyfiyyətli redaktə olunmasını təmin edir.
- Rəhbərin telefon danışıqları aparmasını təmin edir, onun yerində olmadığı halda alınmış məlumatları qeyd edir və ona çatdırır.
- Rəhbərin tapşırığı ilə məktubları, sorğuları və digər sənədləri tərtib edir, məktub müəlliflərinə cavabları hazırlayır.
- Rəhbər tərəfindən aparılan iclasların və müşavirələrin hazırlanması üzrə işi (zəruri materialların toplanılması, iştirakçıların tədbirin keçirimə vaxtı və yeri, gündəliyi və qeydiyyat barədə məlumatlandırılması) yerinə yetirir, iclasların və muşavirələrin protokollarını rəsmiləşdirir.
- Verilmiş əmr və sərəncamların müəssisənin işçiləri tərəfindən icrasına, eləcə də müəssisənin rəhbərinin nəzarət götürümüş göstəriş və tapşırıqlarının yerinə yetirilməsi vaxtına riayət olunmasına nəzarəti həyata keçirir.
- Rəhbərin iş yerini zəruri dəftərxana ləvazimatları ilə təmin edir, onun effektiv işinə imkan verən şəraiti yaradır.
- Rəhbərin göstərişləri üzrə onun işi üçün lazım olan xidməti materialları çap edir, cari informasiyaları məlumatlar bankına daxil edir.
- Qonaqların qəbulunu təşkil edir, işcilərin xahiş və təkliflərinə baxılmasının operativliyinə komək edir.
- Təsdiq edilmiş nomenklaturaya uyğun olaraq işləri formalaşdırır, onların saxlanılmasını və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təmin edir.
Namizədə Dair Tələblər:
- Ali təhsil;
- Səlis Azərbaycanca səlis danışıq, yazı, ünsiyyət bacarıqları
- Sahə üzrə minimüm 2 il iş təcrübəsinə malik olmaq;
- Tez öyrənmə bacarıqları, problemlərin həlli və həlli yollarını təklif etmək, detallara diqqət, dəqiqlik , təcili işlərə həssaslıq;
- MS office proqramlarında işləmə bacarığı;
- Yaradıcılılıq və təşəbbüskarlıq;
- Özünütənqid və məsuliyyətlilik qabiliyyəti.
Əmək şəraiti:
- İş yeri: Bakı və Qarabağ ərazisi
- İş rejimi: 5 gün, 09:00 – 18:00
- Əmək haqqı: 750 AZN və il ərzində mükafatlar
Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər azərbaycan dilində olan CV-lərini qeyd olunan elektron ünvana, mövzu hissəsində “Katib-referent ” yazmaqla göndərə bilərlər.
Qeyd: Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Arxivçi
Son tarix 06 iyl 2023 [email protected]
Vəzifə Öhdəlikləri:
- Arxiv şöbəsinə təhvil verilməli olan qovluq və bağlamaların müvafiq prosedurun tələblərinə əsasən yoxlanılaraq təhvil – təslim aktı əsasənda qəbul edilməsi;
- Qəbul edilmiş qovluq və bağlamaları uyğun xronoloji ardıcıllıq üzrə rəflərə yığılması;
- Ehtiyac yarandıqda sənədlərin tarix və aidiyyəti üzrə qruplaşdırılması, qovluqlara yerləşdirilməsi və reyestrinin tərtib edilməsi;
- Bəzi arxiv sənədlərinin elektron məlumat daşıyıcılarında (scan formada) əks etdirilməsi və sorğu verən struktur bölməyə və/və ya vəzifəli şəxsə elektron sistem vasitəsi ilə göndərilməsi;
- Təhvil alınmış sənədlərin təhvil - təslim aktlarının elektron reystrinin təşkil edilməsi;
- Saxlanma müddəti başa çatmış sənədlərin ayırılması və bu barədə müvafiq aktın tərtib edilməsi;
- Rəhbər və ya digər səlahiyyətli şəxslərin tələbnaməsi ilə kağız formada saxlanılan sənədlərin müvəqqəti istifadə üçün sorğu edən şəxslərə təhvil verilməsinin təmin edilməsi və s.
Namizədə Dair Tələblər:
- Ali təhsil;
- Müvafiq qanunvericilik və təlimatlar üzrə biliklərinə malik olmaq
- Səlis Azərbaycanca səlis danışıq və yazı,
- Arxiv sahəsi üzrə minimüm 3 il iş təcrübəsinə malik olmaq;
- Tez öyrənmə bacarıqları, problemlərin həlli və həlli yollarını təklif etmək, detallara diqqət, dəqiqlik , təcili işlərə həssaslıq;
- MS office və Elektron Sənəd dövriyyəsi proqramlarında işləmə bacarığı;
- Yaradıcılılıq və təşəbbüskarlıq;
- Özünütənqid və məsuliyyətlilik qabiliyyəti.
Əmək şəraiti:
- İş yeri: Bakı və Qarabağ ərazisi
- İş rejimi: 5 gün, 09:00 – 18:00
- Əmək haqqı: 1400 AZN və il ərzində mükafatlar
Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər azərbaycan dilində olan CV-lərini qeyd olunan elektron ünvana, mövzu hissəsində “Arxivçi” yazmaqla göndərə bilərlər.
Qeyd: Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.