“Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxs
Keyfiyyətə nəzarət və təminat şöbəsinin müdiri
Son tarix 23 may 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- Xidmət üçün yeni KT/KN üzrə normativ və standartların tətbiqini, maddi-texniki və metodoloji təminatı həyata keçirmək;
- Rəhbərlik üçün KT/KN məlumatlarını hazırlamaq və hesabatlarını təqdim etmək;
- Keyfiyyət İdarəetmə Ssistemi (KİS) ilə bağlı fəaliyyət planlarını hazırlamaq, yerinə yetirilməsini izləmək və hesabat vermək;
- KİS ilə bağlı tələb olunan resursları müəyyənləşdirmək və təmin edilməsini izləmək;
- Keyfiyyət məqsədlərini hazırlamaq və izləmək;
- Keyfiyyət məqsədləri və proseslərinin müəyyən edilmiş fəaliyyət göstəricilərini izləmək və rəhbərliyi məlumatlandırmaq;
- Düzəldici fəaliyyətlərin icra edilməsinə nəzarət etmək;
- KİS-in daxili auditini təşkil etmək və hesabatı rəhbərliyə təqdim etmək;
- Rəhbərliyin təhlili üçün giriş məlumatlarını toplamaq;
- KİS-in xarici auditlə əlaqəli fəaliyyətlərini həyata keçirmək;
- Daxili uyğunsuzluq hesabatlarını idarə etmək;
- KİS-in təkmilləşdirilməsi ilə bağlı tələb olunan resursları müəyyənləşdirmək və təmin edilməsini izləmək;
- Təkmilləşdirmə fəaliyyətlərini hazırlamaq və razılaşdırılmış fəaliyyətləri izləmək.
- Xidmətin və şöbənin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində rəhbərliyə təkliflər vermək;
- Aşkarlanan qüsurların, nöqsanların, norma və qayda pozuntularının, çatışmazlıqların aradan qaldırılmasını tələb etmək;
- Keyfiyyətsiz işləri, prossesləri dayandırmaq;
Namizədə dair tələblər:
- Ali təhsil (mühəndislik sahəsi üzrə);
- Müvafiq sahə üzrə məhz tikintidə 5 ildən yuxarı iş təcrübəsi
- Tələbkarlılıq, idarəetmə, və rəhbərlik etmə bacarığı;
- Məsuliyyətlilik, detallara nəzarət, operativlik;
- Podratçı təşkilatlar düzgün ünsiyyət qurma bacarığı və təcrübəsi;
- Qrup və fərdlər qarşısında təqdimat bacarıqları və təcrübəsi;
- Komandada və fərdi şəkildə işləmə bacarığı;
- Sistematik işləmək bacarığı, nizam intizam, və vaxtın düzgün idarə edilməsi;
- Microsoft Office proqramlarında səlis işləmə bacarığı;
- Sənədləşmə işlərinin düzgün sistematik icrasını bilmək və təmin etmək bacarığı;
- Uzun müddətli ezamiyyələrə hazırlıqlı olması.
Əmək şəraiti:
- İş yeri: Bakı və Qarabağ ərazisi
- İş rejimi: 5 gün, 09:00 – 18:00
- Əmək haqqı: 1800 AZN (net)
Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər azərbaycan dilində olan CV-lərini qeyd olunan elektron ünvana, mövzu hissəsində “Keyfiyyətə nəzarət və təminat şöbəsinin müdiri” yazmaqla göndərə bilərlər.