Makro 2000
İş icraçısı (Qarabağ bölgəsi)
Son tarix 11 apr 2024 - [email protected]
Tələblər:
- Ali təhsil (İnşaat sahəsində),
- İş təcrübəsi-2 il,
- MS Office proqramlarında sərbəst işləmə bacarığı (Excel,Word,Power Point,Outlook),
- B kateqoriyalı sürücülük vəsiqəsi arzuolunandır,
- Tikinti materiallarının növlərini və xüsusiyyətlərini bilməli,
- Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı olmalı,
Vəzifə öhdəlikləri:
- Lahiyə sənədlərinə müvafiq olaraq tikinti quraşdırma işlərini təşkil edir;
- Tikinti obyektlərinin istismara verilməsi üzrə istehsalat tapşırıqlarının müəyyən edilmiş müddətlərdə icrasını təmin edir;
- Görülmüş işlərin uçotunu aparır, texniki sənədləşməni tərtib edir;
- Ustalar üçün tikinti quraşdırma işlərinin həcmi üzrə istehsalat tapşırıqlarını müəyyən edir, onların yerinə yetirilməsinə nəzarət edir;
- Layihələrdə təmir-tikinti işlərinə nəzarət, konstruksiya işlərini düzgün təşkil etmək;
- Subpodrat (xüsusiləşdirilmiş) təşkilatlar üçün iş sahəsi hazırlayır və onlardan görülmüş işin qəbul olunmasında iştirak edir;
- Fəhlələri, işin təhlükəsizlik yerinə yetirilməsi metodları ilə tanış edir, bilavasitə iş yerlərində onları təlimatlandırır və bu barədə fəhlələrin təlimat keçməsi üzrə xüsusi jurnalda qeydlər aparır.
İş şərtləri:
- Əmək haqqı: 1 000 AZN
- Nahar və ev şirkət tərəfindən təmin olunur
- Layihənin yerləşdiyi yer: Ağdərə rayonu
Tel : 051 201 84 10