Xəbər verildiyi kimi, bu gün prezident İlham Əliyev ölkənin qərb ərazilərinə səfər zamanı Bərdə rayonunda da səfərdə olub.
FED.az-ın məlumatına görə, dövlət başçısı bərdə də Qarabağ Regional Peşə Hazırlığı Mərkəzi ilə də tanış olub.
Yeni mərkəz işsizlərə yeni peşələr öyrədilməsi və işlə təmin edilməsi üçün fəaliyyət göstərəcək.
Mərkəzdə 7 emalatxana, 8 sinif və instruksiya otağı, Peşəyönümlü və Karyera Planlaması Mərkəzi var. Burada 48 peşə, o cümlədən dərzi, tikişçi, dizayner, aşpaz, ofisiant, bərbər, vizajist, çilingər, dülgər, tornaçı, xarrat, mebel ustası, rəngsaz, qaynaqçı, santexnik və digər peşələr üzrə tədrisin həyata keçirilməsi üçün infrastruktur yaradılıb.
Mərkəzdə bir dəfədə 300, ildə isə 1200 nəfərin hazırlıq keçməsi nəzərdə tutulub. Qarabağ Regional Peşə Hazırlığı Mərkəzində 20 nəfərlik heyət fəaliyyət göstərəcək.