Dövlət Agentliyinin tabeliyində Publik Hüquqi Şəxs
Strateji planlama və təhlil üzrə mütəxəssis
Son tarix 13 fev 2026 - [email protected]
İş barədə məlumat:
- Şöbə: Strateji planma və təhlil şöbəsi
- İş yeri: Bakı
- İş şəraiti: Standart- ofis
- İş rejimi: 5 günlük 09:00-18:00
Namizədə tələblər:
- Təhsil: Ali təhsil (Maliyyə, İqtisadiyyat, İdarəetmə sahələri üzrə arzuolunandır);
- Tələb olunan iş təcrübəsi: Proqnoz, təhlil, araşdırma sahələrində üzrə ən azı 1 il təcrübə;
- Dil bacarığı: Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı;
- Kompüter bacarığı: MS Office – yüksək səviyyədə,PowerPoint – yüksək səviyyədə,Python və SQL bilikləri arzuolunandır.
Digər tələblər:
- Dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
- Komandada işləmək bacarığı;
- Analitik düşünmə qabiliyyəti, rəqəmlərlə işləmək bacarığı;
- Böyük həcmli məlumat bazası ilə işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Strateji əhəmiyyətli malların təyin edilməsi səviyyəsinin monitorinqini mütəmadi olaraq aparmaq;
- Strateji əhəmiyyətli malların qiymətlərinin kəskin dəyişməsi və ya təchizatı ilə bağlı risklərin müəyyən edilməsi məqsədi ilə monitorinqlər aparmaq (daxili və xarici bazar araşdırılması, makroiqtisadi göstəricilərin təhlili və s.)
- Strateji əhəmiyyətli malların ölkədə dövriyyəsi üzrə proqnozların hazırlanmasında iştirak etmək;
- Strateji malların tədarükü üzrə proqnozlaşdırılmasının hazırlanmasında iştirak etmək;
- Tapşırıqlara uyğun olaraq məlumatları toplamaq,bazar araşdırması aparmaq, xarici mənbələrdən istifadə etməklə analitik məlumat hazırlamaq;
- Statistik datalardan istifadə etməklə risk qiymətləndirilməsini aparmaq, proqnoz vermək və nəticə çıxarılmasını həyata keçirmək.
Müraciət qaydası: Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Strateji planlama və təhlil üzrə mütəxəssis” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.










