Dövlət adından yaradılan publik hüquqi şəxs
Hüquq departamentinin böyük mütəxəssisi
Son tarix 09 fev 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- Həvalə edilmiş vəzifələri vaxtında və keyfiyyətlə yerinə yetirmək;
- Agentliyə daxil olan və ya Agentliyin strukturları tərəfindən hazırlanmış normativ hüquqi aktların, müqavilələrin (sazişlərin), digər qanunvericilik və təşkilati-sərəncam sənədlərinin layihələrinin hüquqi ekspertizasını həyata keçirmək, onların qanunvericiliyə uyğunluğuna dair rəylər vermək;
- Agentliyin struktur bölmələri tərəfindən normativ hüquqi təminat işinin aparılmasına metodiki rəhbərliyi həyata keçirmək, onlara fəaliyyət istiqamətləri üzrə hüquqi yardım göstərmək, arayışlar, rəylər və qanunvericiliyin tələblərinə əməl olunması istiqamətində hüquqi məsləhətlər vermək;
- Agentliyi bütün dövlət orqanlarında, notariat, məhkəmə və icra orqanlarında, habelə kommersiya, qeyri-kommersiya qurumlarında, həmçinin fiziki şəxslərə münasibətdə təmsil etmək;
- Qanunvericilik aktları üzrə şərh və izah vermək;
- Agentliyin fəaliyyəti ilə əlaqədar müxtəlif növ müqavilələri hazırlamaq;
- Agentlikdə satınalma işinin təşkilinə hüquqi dəstək vermək, bununla əlaqədar sənədlərin və müqavilələrin hüquqi ekspertizasını həyata ke;
- Qanunvericilikdə olan yeniliklər barədə Agentliyin bütün işçilərini məlumatlandırmaq;
- Agentliyin bağladığı xidmət, alğı-satqı və s. müqavilələrinin hüquqi ekspertizasını həyata keçirmək;
- Bütün daxil olan hüquqi sorğulara, müraciət, ərizə və şikayətlərə baxılması, araşdırılaraq cavablandırılmasını təmin etmək;
- Agentliyin hüquq və qanuni mənafelərini məhkəmələrdə müdafiə etmək, məhkəmə baxışları ilə əlaqədar prosessual sənədlərin (iddia ərizələrinin, iddia ərizələrinə dair etirazların, apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinin və s.) hazırlanmasını təmin etmək;
- Agentlikdə istifadə olunan sənədlərin şablonlarını hazırlamaq, Agentliyin fəaliyyətini tənzimləyən bütün növ prosedur, qayda və təlimatları hazırlamaq və onlara hüquqi rəy vermək.
İş qrafiki:
- Bazar ertəsi - Cümə günləri, saat 09:00 – 18:00 dək;
- Zərurət olduqda şənbə günü - yarım gün.
Vəzifəyə dair tələblər:
- Təhsilə dair tələblər: Ali hüquqi təhsil;
- İş stajına dair tələblər: bu sahədə ən azı 3 il iş stajı;
- Yaş: 23 yaşdan yuxarı
- Kompüter biliklərinə dair tələblər: MS Offıce proqramları - yüksək səviyyədə;
- Xarici dil biliklərinə dair tələblər: İngilis dili – B2; Rus dili – B2
Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar:
- Komanda ilə işləmək bacarığı;
- İş planlama və təşkil etmə, idarəetmə bacarığı;
- Yazılı və şifahi kommunikasiya bacarığı;
- Təqdimat bacarığı;
- Yaradıcı qabiliyyət;
- Analitik təhlil;
- Gərgin iş qrafikinə uyğunlaşma.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Hüquq departamentinin böyük mütəxəssisi” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur.