Professional Real Estate Services
Baş Audit
Son tarix 20 noy 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- İllik Audit planına uyğun olaraq audit yoxlamalarının həyata keçirilməsi;
- Biznes proseslərinin daxili qayda və prosedurlara uyğun həyata keçirilməsinin müəyyən edilməsi;
- Mühasibat uçotunun aparılmasının, maliyyə hesabatlarının düzgünlüyünün və etibarlılığının yoxlanılması;
- Daxili nəzarət nöqsanları barədə rəhbərliyə hesabat verilməsi, risklərin azaldılması üçün tövsiyələrin verilməsi;
- Aşkar edilmiş çatışmazlıqlar barədə rəhbərliyə məlumat verilməsi, daxili audit hesabatının hazırlanması;
- Yekunlaşmış daxili audit yoxlamaları üzrə tədbirlər planının monitorinqi;
- Daxili audit prosedurlarına aid digər tapşırıqların icra edilməsi.
- Hazırlanan aylıq, rüblük və illik hesabatların daimi auditinin aparılması;
- Audit obyektlərinin həcmini müəyyən etmək;
- Fəaliyyət göstərilən ərazidə fakturaların və müştəri borclarının yoxlanışlarını həyata keçirmək və nəticələri raportlamaq;
- Anbarda mövcud olan məhsulların sayımını həyata keçirmək və sayım nəticələrini raportlamaq;
- Audit yoxlamaları zamanı mənimsəmə və saxtakarlıq risklərinin qiymətləndirilməsini aparır;
- Mənimsəmə və saxtakarlıq hadisələrin araşdırılmasında Departamentin adından iştirak edir;
- Daxili nəzarət sistemlərinin adekvatlığının, səmərəliliyinin yoxlanılması və qiymətləndirilməsi işini həyata keçirir;
- Ödənişlərin və satışın effektivliyini nəzərə alaraq aktivlərin idarə edilməsinə nəzarət edir, şirkətin aktivlərinin qorunması vasitələrini qiymətləndirir;
- Şirkətdaxili kompaniyaların şərtlərinə uyğun olaraq malların anbardan təhvil alınıb müştərilərə çatdırılması prosesinə nəzarət edir.
- Şirkətin aylıq, rüblük və illik hesabatlarının yoxlanılması;
- Bütün növ iş sənədlərinin qorunub saxlanılması.
- Şirkət büdcələrinin təhlil olunması və xərclərin büdcələrə uyğunluğunun monitorinqi;
- Risk və kontrolların müəyyən edilməsi, dəyərləndirilməsi və sənədləşdirilməsi;
- İlkin sənədləşmədən son hesabatlara kimi bütün muhasibat yazılışlarının araşdırılması və səmərəli hesabatlıq sisteminin təsis olunması;
- Audit nəticələrinə dair hesabatların dövri olaraq təqdim olunması;
- Şirkətlərin maliyyə hesabatlarının dəqiqliyini, etibarlığını, mühasibat uçotu məlumatları sisteminin düzgün tətbiqinin nəzarətdə saxlanması
- Risklərin və bütün növ əməliyyatların auditini həyata keçirmək;
- Mühasibat uçotu, vergi məcəlləsi üzrə Azərbaycan Respublikasının qanunlarını, normativ hüququ aktlarını, mövçud uçot-hesabat formaları və onların tərtibi qaydalarını, əmək haqqının ödənilməsi haqqında qüvvədə olan əsasnaməni, sənədli təftiş və yoxlamaların aparılma qaydalarını və əmək qanunvericiliyinin əsaslarını bilmək
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə ən azı 3 (üç) il iş təcrübəsi
- Maliyyə Hesabatları üzrə biliklər;
- ACCA, CİA, CFE və s. beynəlxalq peşəkar sertifikatların olması üstünlükdür;
- Microsoft Office proqramlarında yüksək səviyyədə çalışma bacarığı (Word, Excell, Outlook);
- Səlis Azərbaycan dili və dili biliyi, Rus və İngilis dili biliyi üstünlükdür;
- Datanın emal edilməsi və struklaşdırılması bacarığı;
- Analitik düşüncə və problemlərin idarə edilməsi bacarıqları;
- Şifahi və yazılı ünsiyyət bacarığı;
- Vaxtın səmərəli idarəedilməsi bacarığı;
- Müstəqil və qrup daxilində effektiv işləmə bacarığı;
- Obyektiv düşünmək bacarığı.
- Ezamiyyətə getmək imkanı
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Əmək haqqı: 1500-2000 Müsahibə əsasında təyin ediləcək.
Maraqlananlar öz CV formalarını e-mail ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, “Baş Audit” qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).
CV-lər mail ünvanına göndərilsin, zəhmət olmasa.