“Prior Leasing” şirkəti 2014-cü ildə Azərbaycan vətəndaşları olan fərdi sahibkarlar tərəfindən təsis edilmişdir. Şirkət ölkənin bütün regionlarında müştərilərinə rahat və operativ xidmət göstərmək məqsədilə, yeni filialların yaradılmasına və iş prosesində innovativ texnologiyaların istifadəsinə üstünlük verir.
Hazırda əsas istiqaməti kənd təsərrüfatı texnikasının lizinqi olan “Prior Leasing” bugün müştəriləri olan fərdi sahibkarlara və yerli şirkətlərə yüzlərlə kənd təsərrüfatı texnikası və aqreqatlarını, suvarma sistemlərini, soyuducu anbarlar və emal avadanlıqlarını, tikinti texnikalarını həmçinin iri və xırda buynuzlu damazlıq heyvanlarını sərfəli lizinq şərtləri ilə təklif edir. “Prior Leasing” şirkəti “Dövlət Aqrar Kredit və İnkişaf Agentliyi”nin Müvəkkil Kredit Təşkilatı seçilərək öz müştərilərinə Agentliyin vəsaitləri hesabına güzəştli lizinq təklif etməyə nail olmuşdur.
Vəzifə: Lizinq satışı üzrə mütəxəssis
İş yeri: Bakı şəhəri
İşin təsviri:
- Müştərilərə lizinq məhsulları barədə məlumat verilməsi
- Müştərilərin maliyyə təhlilinin aparılması
- Müqavilələrin hazırlanması və bağlanması
- Müştərilərin mövcud portfelinin monitorinqi və idarə olunması
- Yüksək səviyyədə müştəri xidmətinin təmin olunması
- Şirkət peşəkar şəkildə inkişafa şərait yaradır
Tələblər:
- Vakansiyaya uyğun olan hər hansı bir bakalavr dərəcəsi.
- Kreditlərin verilməsi və müştəri profilinin analiz edilməsi, kredit portfelinin olması vacibdir.
- Azərbaycan dili sərbəst, rus və ingilis dillərini bilən namizədlərə üstünlük verilir
- Satışın qaydaları, əsasları və strukturu
- Müştəri ilə ünsiyyət qurmaq bacarığı
- Yüksək riyazi bilik və analitik qabiliyyət səviyyəsi
- Bəy namizədlərə üstünlük verilir
- Ofis proqramlarıyla sərbəst işləmək bacarıqı.
İş qrafiki:
- Bazar ertəsi – Cümə: 8:30 - 17:30
- Şənbə : 10.00 – 16.00
Maraqlanan namizədlər mövzu yerində “Lizinq satışı üzrə mütəxəssis (Ərazinin adı qeyd edilməklə)” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Vakansiya tələblərinə uyğun olan namizədlərlə qısa zamanda əlaqə saxlanılacaqdır.