FED.az xəbər verir ki, “Premium Bank” ASC Risklərin idarə edilməsi və komplayns departamentinin aparıcı mütəxəssisi vakansiyasını elan edir.
Eləcə də bax: "PAŞA Holdinq" işçi axtarır - VAKANSİYA
İşin təsviri:
• Müşahidə Şurası və İdarə Heyəti tərəfindən təsdiqlənən risk limitləri çərçivəsində bankın fəaliyyətinə nəzarət;
• Bankın fəaliyyəti nəticəsində üzləşdiyi bütün spesifik risklərin müəyyən edilməsi, onların ölçülməsi, qiymətləndirilməsi və idarə edilməsini, bankın digər dəstək və nəzarət funksiyaları ilə yanaşı təmin edilməsi;
• Yarana bilən riskləri müzakirə edir və təcili görülməli tədbirlər barədə departament direktoruna məruzə edilməsi;
• Hər bir əməliyyat bölməsində risklərin idarə edilməsi fəaliyyəti barədə müntəzəm olaraq hesabatları təqdim edən sistemin fəaliyyət göstərməsini təmin edilməsi;
• Bankın bütün növ risklərinin idarə edilməsi sahəsində ümumi fəaliyyətinin təşkilini, təmin və təhlil edilməsi;
• Filiallara təyin edilmiş kredit limitlərinin riayət olunmasına nəzarət edilməsi;
• Kreditlərin monitorinqlərinin planlaşdırılmasını və həyata keçirilməsinə nəzarət;
• Bankdaxili qaydalarda və təlimatlarda risk sahəsinə aid olan bütün tələblərin yerinə yetirilməsini təşkil edir və onların icrasına nəzarət.
Namizədə dair tələblər:
• İqtisadiyyat və ya maliyyə sahəsində ali təhsili olmalıdır;
• Ən azı 3 il bank iş təcrübəsi olmalıdır;
• Azərbaycan, Rus və İngilis dili (arzuolunandır).
• Sertifikatlar: FRM(Financial Risk Management), ACCA Association of Chartered Certified Accountants
İş şəraiti:
• AR Əmək Məcəlləsi-nə uyğun sənədləşmə
• İş saatı 09:00-dan 18:00-dək
• İstirahət günləri: şənbə və bazar günləri
Əgər axtardığımız ideal namizəd sizsinizsə CV-nizi [email protected] elektron ünvanına 31.08.2020 tarixinədək göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Risklərin idarə edilməsi və komplayns departamentinin aparıcı mütəxəssisi” şəklində göstərilməsi xahiş olunur.