Azərbaycanda tikinti sahəsində ixtisaslaşmış “PMD Projects” MMC qeyd olunmuş sahələr üzrə 3 aylıq ödənişli "Təcrübə proqramı" elan edir.
- İnşaat mühəndisi təcrübəçi (İnşaat mühəndisliyindən məzun)
- Mühəndis-konstruktor təcrübəçi (İnşaat mühəndisliyindən məzun)
- Planlaşdırma mühəndisi təcrübəçi (İnşaat mühəndisliyindən məzun)
- Keyfiyyətə nəzarət mühəndisi təcrübəçi (İnşaat mühəndisliyindən məzun)
- Memar təcrübəçi (Memarlıq ixtisasından məzun)
- Mexanika mühəndisi təcrübəçi (Mexanika mühəndisliyindən məzun)
- Elektrik mühəndisi təcrübəçi (Elektrik mühəndisliyindən məzun)
- Avtomatlaşdırma və elektronika mühəndisi təcrübəçi (Avtomatlaşdırma və elektronika mühəndisliyindən məzun)
- Geodeziya mühəndisi təcrübəçi (Geodeziya və xəritəçilik mühəndisliyindən məzun)
- İnsan Resursları üzrə təcrübəçi (Biznesin idarə edilməsi və bənzər ixtisaslardan məzun)
- İnzibati işlər üzrə təcrübəçi (Biznesin idarə edilməsi və bənzər ixtisaslardan məzun)
- Maliyyə üzrə təcrübəçi (Maliyyə, Biznesin idarə edilməsi və bənzər ixtisaslardan məzun)
- İKT üzrə təcrübəçi (Kompüter mühəndisliyi, İnformasiya texnologiyaları və bənzər ixtisaslardan məzun)
- Satınalmalar üzrə təcrübəçi (Biznesin idarə edilməsi və bənzər ixtisaslardan məzun)
- Tenderlər üzrə təcrübəçi (İnşaat mühəndisliyi, Memarlıq və bənzəri ixtisaslardan məzun)
- Sənədlərə nəzarət üzrə təcrübəçi (Kargüzarlıq, Arxivləşdirmə və s. bənzəri ixtisaslardan məzun)
- Müqavilələr üzrə təcrübəçi (Hüquq və bənzəri ixtisaslardan məzun)
Əsas tələblər:
- 2022 vəya 2023 məzunu olmaq
- Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili - yaxşı
- Kompüter bilikləri: MS Office - yaxşı
- Effektiv ünsiyyət və komanda ilə çalışma bacarığı
- Öyrənməyə həvəsli və təşəbbüskar olmaq
Seçim test və müsahibə mərhələlərindən ibarət olacaqdır.
Maraqlanan şəxslərdən CV-lərini vəzifə adı göstərilməklə [email protected] ünvanına göndərmələri xahiş olunur.
Yalnız uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.