“PMD Projects” MMC təcrübəli və səriştəli heyəti ilə Azərbaycanın müxtəlif bölgələrində yaşayış binalarının, mehmanxanaların, kənd təsərrüfatı təyinatlı obyektlərin, sənaye müəssisələrinin layihələndirilməsi və tikintisini, eləcə də müxtəlif biznes obyektlərinin təmir və bərpası işlərini həyata keçirir.
Hal-hazırda şirkətimizdə Kommersiya üzrə rəhbər vakansiyası üzrə iş imkanı mövcuddur:
Vəzifə öhdəlikləri:
Layihələrin ehtimal büdcə (estimate budget) və xərc planlarının (cost plans) hazırlanması prosesinin təşkili və idarə olunması;
Layihələrin iş qrafikinin hazırlanmasının və nəzarətinin təşkili;
Layihələndirmə və tikinti mərhələlərində dəyərin idarə olunması (Value management);
Layihələrin bütün mərhələlərində dəyişikliklərə nəzarət;
Layihələndirmə və tikinti mərhələlərində zərurət yarandığı zaman mühəndis optimallaşdırması prosesini təşkil etmək (Value engineering);
Layihələrin strategiyasına uyğun olaraq, tender və satınalma paketinin hazırlanması prosesinin təşkili və prosesin icrasına cavabdeh olmaq;
Müqavilələrin hazırlanması prosesini imzaya qədər nəzarət və idarə etmək;
Müqavilələrin imza prosesindən sonra icrasının nəzarətini təmin etmək (Contract Administration);
Müqavilələrin ödəniş cədvəlinə nəzarət və idarə etmək;
İmzalanmış müqavilələrin dəyişikliklərinin idarə olunması (post-contract stage change management and control);
Layihələrin Maliyyə axınları hesabatlarını hazırlanması prosesinə nəzarət və idarə etmək (Initial Cash flows Management);
Iddiaların (tələblərin) təhlili, əsas səbəblərinin araşdırılması və hesabatlarların rəhbərliyə təqdim edilməsi;
Layihələrin Aralıq hesabatlarının hazırlanması (İnterim Cost Reports);
Layihələrin qazanılmış dəyərinin periodik təhlilini aparmaq (Earned Value Analysis);
Layihə çərçivəsində podratçıların müqavilə üzrə ilkin və yekun təhvil-təslim prosesini təşkil etmək (Practical & Final Completion Certificates);
Layihələrin kommersiya tərəfindən uğurlu olmasını təmin etmək;
Layihələr üzrə Yekun Xərc və Qənaət Hesabatını hazır etmək və Layihə Rəhbərinə təqdim etmək;
Tələblər:
Ali təhsil: Müvafiq ixtisas üzrə bakalavr dərəcəsi
İş təcrübəsi : Mülki tikinti sahəsində, oxşar vəzifədə 4 il iş təcrübəsi.
Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis və Rus dilləri arzuolunandır
Kompüter bacarıqları: MS Ofis proqramları (Word, Excel, PowerPoint,AutoCad).
Maraqlanan şəxslərdən CV və ya Müraciət ərizələrini vəzifə adı göstərilməklə [email protected] ünvanına göndərmələri xahiş olunur.
Yalnız uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.