FED.az xəbər verir ki, “PAŞA Sığorta” ASC namizədləri Sığorta əməliyyatlarına dəstək xidməti üzrə kiçik mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Eləcə də bax: “Caspian Services Group” işçi axtarır - VAKANSİYA
Vəzifə və Öhdəliklər:
• Debitor borcların araşdırılması və ödənilməsini təmin edilməsi;
• Əsassız məbləğlərin müştərilərə geri qaytarılmasını və ya müvafiq sığorta şəhadətnamələrə sığorta haqların bağlanmasını həyata keçirilməsinin təmin olunması;
• Ödənişi gecikən borclar üzrə analitik hesabatların hazırlanması;
• Müştərilərə sms və ya xəbərdarlıq məktubların göndərilməsi;
• Müştərilərə xitam ilə bağlı sms və ya rəsmi məktubların ünvanlanması;
• Debitor borcaların ödənilmədiyi halda sığorta şəhadətnamələr üzrə xitam prosesinin icrası;
• Birbaşa rəhbərin tapşırığı ilə digər işlərin yerinə yetirilməsi.
BİLİKLƏR
• Ali təhsil, maliyyə sahəsində ali təhsilə üstünlük verilir;
• Dil bilikləri: Azərbaycan, ingilis və rus dilinin sərbəst bilmək;
• MS Office proqramlarını sərbəst bilmək.
TƏCRÜBƏ
• Sığorta və ya bank sahəsində 3 il iş təcrübəsi.
BACARIQLAR
• Ünsiyyət qurmaq bacarığı;
• Məsuliyyətlilik;
• Dəqiqlik;
• Öz fikirlərini sərbəst ifadə etmək bacarığı;
• Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı;
• Komanda ilə işləmək bacarığı.
Son müraciət tarixi: 15 iyun, 2020-ci il.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.