“PAŞA Sığorta” ASC namizədləri Data elmi üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə öhdəlikləri
• Müştəri ehtiyacı dövrünün (customer journey) inkişafı və optimizasiyası üçün data analizi metodları tətbiq etmək;
• Verilən datanı məlumata və şirkət üçün rəqabət üstünlüyünə çevirmək;
• Qərar vermə mərhələsində komandanı məlumatlandırmaq məqsədilə məhsul xüsusiyyətləri və müştəri münasibətlərinin öyrənilməsi və analizi;
• Ehtiyac olan digər analizlərlə bağlı komandaya dəstək vermək.
Təcrübə
• Sığorta sahəsində müvafiq təcrübəsi olan əməkdaşlara üstünlük veriləcəkdir;
• Data Science/ Data elmi istiqaməti üzrə ən az 2 il iş təcrübəsi.
Biliklər
• Kodlarşdırma bacarıqları (Python, R və bu kimi proqramlarda işləmək);
• SQL və bu kimi proqramlarda analiz etmə təcrübəsinə malik olmaq;
• Data vizuallaşdırma alətləri ilə işləmək;
• Yüksək həcmli verilənlər bazası ilə işləmək və təhlil etmək ;
• A/B testləri dizayn etmək, izləmək və təhlil etmək ;
• Azərbaycan və rus dillərini səlis bilmək;
• İngilis dilini bilənlərə üstünlük veriləcəkdir ;
Bacarıqlar
• Güclü ünsiyyət bacarığı;
• Dəyişən prioritetlərə yüksək hazırlıq;
• Komanda ilə işləmək bacarığı;
• Yaradıcı düşünmə və problemləri həll etmə bacarıqları;
• Intizamlı və çarpaz funksional iş mühitində işləmək bacarığı.
Son müraciət tarixi: 15 noyabr, 2020-ci il
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.
“PAŞA Sığorta” ASC namizədləri İstifadəçi təcrübələri və interfeysi üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə öhdəlikləri
• İstifadəçi təcrübəsini analiz etmək, formalaşdırmaq və ona uyğun təşəbbüslər təklif etmək və reallaşdırmaq;
• Müxtəlif platformalarda və proqramlarda vizual interfeyslərin dizaynını, interaksiya dizayn həllərini və konsepsiyalarını yaratmaq;
• Dizayn edilmiş həlləri sınaqdan keçirmək və müştəri ehtiyaclarını, tələblərini və davranışlarını, eləcə də istifadəsi və funksionallığını yoxlamaq;
• Dizayn prosesinin müxtəlif mərhələlərində istifadəçisi araşdırması planlamaq və icra etmək;
• Dizayn prosesinin müxtəlif mərhələlərində istifadəçisi araşdırması planlamaq və icra etmək;
• Məhsul imkanlarını müəyyənləşdirmək, məhsul və xidmətlərin inkişafı ilə əlaqəli təhlil aparmaq.
Təhsil və təcrübə
• Bakalavr və ya daha yüksək dərəcəli təhsil;
• Dizayn sahəsində 2 il və daha artıq təcrübəyə üstünlük verilir;
• Sığorta sahəsində təcrübəyə üstünlük verilir;
Xüsusi iş bilikləri
• İstifadəçi araşdırması və istifadəyə yararlılıq testlərini planlamağı, icra etməyi və sintezləməyi bacarmalı;
• Masaüstü (fərdi kompüter), Web-saytlar və mobil tətbiqetmələr üçün interaksiya dizayn həlləri yaratmaqda bacarıqlı olmalı;
• Mütəmadi olaraq platformalar üzrə dəyişən fərqli dizayn sistemləri ilə iş təcrübəsinə sahib olmalı;
• Dizayn prosesinin müxtəlif mərhələlərində istifadəçi araşdırmasını planlamaq və icra etmək təcrübəsinə malik olmaq;
• Dizayn seçiminin əhəmiyyətini istifadəçilərə və dizayner olmayan paydaşlara çatdıra biləcək, güclü kommunikasiya bacarıqlarına malik olmaq;
• Bu üç istiqamətdən- İstifadəçi araşdırması, İnteraksiya dizaynı, Vizual dizayn- istənilən iki istiqamətə malik olmaq;
• Agile mühitdə proqram təminatı yaradılmasında möhkəm biliklər və Agile məhsul yaradılması quruluşlarında dizayn komandalarında təcrübə üstünlüyünə malik olmaq;
• UI proqram təminatında təcrübə - Figma və ya AdobeXD proqramları ilə iş təcrübəsinə malik olmaq;
• Front-end proqramlaşdırma üzrə anlayışlarına malik olmaq arzu olunandır;
Tələb olunan yanaşma və davranışlar
• Vizualizasiyaların dizaynında müştəriyönümlülük;
• “Sına və öyrən” yanaşmasına həvəslilik;
• Dizayn üçün abstrakt ideyalardan real həllər yaradabilən;
• Problemlərin dizaynla həllində təşəbbüskar;
• Güclü sahibkarlıq ruhuna sahib və son istifadəçinin maraqları üçün aktiv çalışan;
• Yeni çətinliklərlə üzləşməyə və yeni bacarıqlar qazanmağa hazır;
• Yardımsevər (komanda ilə işləməyi bacaran), maraqlı, anlayışlı, açıqfikirli və innovativ.
Son müraciət tarixi: 15 noyabr, 2020-ci il
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.
“PAŞA Sığorta” ASC namizədləri Proqramlaşdırma üzrə ekspert vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə öhdəlikləri
• Sistem tələblərini təhlil etmək və tapşırıqları prioritetləşdirmək;
• .NET proqramlaşdırma dilləri istifadə edərək təmiz, test edilə bilən kod yazmaq;
• Sistemlərin arxitekturasını və texniki spesifikasiyasını yaratmaq;
• Müxtəlif .NET tətbiqləri test etmək və sazlamaq;
• Mövcüd kodu nəzərdən keçirmək və təkmilləşdirmək;
• Komandanın digər üzvlərinin kodunu nəzərdən keçirmək;
• Texniki sənədlərin və prosedurların yaradılmasında iştirak etmək;
Təcrübə
• İnformasiya Texnologiya yaxud əlaqəli sahə üzrə Ali Təhsil (məs Kompyuter Elmləri və ya Proqram Təminatı Mühəndisliyi );
• Dizayn, proqramlaşdırma və uyqulamalar sahəsində 2 ildən çox iş təcrübəsi;
• Sığorta proqram təminatı sahəsində iş təcrübəsi olanlara üstünlük verilir;
Biliklər
• C#, .NET, REST, Angular, XML, SQL, Web API, MSTest, və Nunit proqramlarıyla işləmə bacarığı;
• Windows Services, Web Services, Web API, REST, SOAP, XML, JSON və s. işləmə bacarığı;
• Komanda ilə işləmə və güclü ünsiyət;
• Yeni texnologiyaları daim izləmək;
Bacarıqlar
• Tez öyrənmək bacarığı;
• Güclü ünsiyyət bacarığı ;
• Dəyişən prioritetlərə yüksək hazırlıq;
• Komanda ilə işləmək bacarığı;
• Yaradıcı düşünmə və problemləri həll etmə bacarıqları ;
• Intizamlı və çarpaz funksional iş mühitində işləmək bacarığı;
Son müraciət tarixi: 15 noyabr, 2020-ci il
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.