FED.az xəbər verir ki, “PAŞA Sığorta” ASC namizədləri Müştəri Məmnuniyyəti Xidmətinin rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Eləcə də bax: "Kapital Bank" işçi axtarır - VAKANSİYA
Vəzifə və Öhdəliklər:
• İVR (İnteractive Voice Response) zənglərini cavablayan əməkdaşların zənglərinin dinlənilməsi və dəyərləndirilməsinə nəzarət, əməkdaşlara nəticələrlə bağlı geribildirim təqdim edilməsi prosesinə nəzarət və inkişaf planı üzrə dəstəyin təqdim ediməsi;
• Üz-üzə xidmət təqdim edən əməkdaşların vizitlərinin dinlənilməsi və dəyərləndirilməsinə nəzarət, əməkdaşlara nəticələrlə bağlı geribildirim təqdim edilməsi prosesinə nəzarət və inkişaf planı üzrə dəstəyin təqdim ediməsi;
• Müştəri məmnuniyyətinin öyrənilməsi məqsədilə sorğuların təşkilini nəzərət, nəticələrin təhlil edilməsi və rəhbərliyə məruzə edilməsi;
• Şirkətə daxil olan istək və şikayətlərin prosesinin tənzimlənməsinə nəzarət və lazimi tədbirlərin həyata keçirilməsini təmin etmək;
• Müştəri ilə birbaşa təmasda olacaq yeni işçilərin ünsiyyət bacarıqları üzrə təlimatlandırılmasına nəzarət;
• Keyfiyyət komandası üzvlərinin fəaliyyətinin təşkil edilməsi və Keyfiyyət İdarəetmə Sistemi çərçivəsində tənzimlənmənin təmin edilməsi;
• Müştərilərlə ünsiyyətdə olan əməkdaşlar üçün təlim hazırlanması və təqdim edilməsi;
• Xidmət təqdim etmə prosesinin səmərəli təşkilinin təmin edilməsi;
• İSO 9001:2015 standartına uyğun Daxili Auditin təşkili, keçirilməsi və müvafiq hesabatın təqdim edilməsi;
• İSO 9001:2015 standartına əsasən Xarici Auditin təşkili, xarici auditora dəstəyin təmin olunması və müvafiq hesabatın rəhbərliyə təqdim edilməsi;
• SO 10002 Müştəri Şikayətləri İdarəetmə Sistemi standartı üzrə işlərin həyata keçirilməsi
BİLİKLƏR:
• Azərbaycan,rus və ingilis dili bilikləri yüksək səviyyədə;
• Microsoft office (Word, excel, powerpoint) proqramları üzrə peşəkar biliklər;
• Ali təhsil;
• İSO 9001:2015 Lead Auditor sertifikatı;
• Xidmət vermə sahəsində bilik və bacarıqları təsdiq edən sertifikatlar
TƏCRÜBƏ:
• Keyfiyyət İdarəetmə Sistemi üzrə minimum 3 il iş təcrübəsi;
• İdarəçilik təcrübəsi üzrə minimum 2 il iş təcrübəsi;
• Müştəri Məmnuniyyəti sahəsində ən az 5 il iş təcrübəsi;
BACARIQLAR:
• Təhlil etmək bacarığı;
• Yüksək şifahi və yazılı ünsiyyət bacarıqları;
• Detallara diqqət etmə bacarığı;
• Təqdimat bacarığı;
• Liderlik və təşəbbüskarlıq bacarığı;
• Layihələrin idarə edilməsi bacarığı;
• Geribildirim vermə qabiliyyəti;
• Komandanı idarəetmə bacarığı;
• Stresə davamlılıq
Son müraciət tarixi: 20 avqust 2020-cu il.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.