Vakansiyalar

“PAŞA Sığorta” işçi axtarır - VAKANSİYA

“PAŞA Sığorta” işçi axtarır - VAKANSİYA | FED.az
19:52 20 İyul 2020

FED.az xəbər verir ki, “PAŞA Sığorta” ASC namizədləri “İT Biznes Analitik” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Eləcə də bax: "Atəşgah Sığorta" işçi axtarır - VAKANSİYA

Vəzifə və Öhdəliklər:

• Biznes proseslərin tətbiqi üçün müvafiq tələblərin müəyyənləşdirilməsi və təhlili;

• Gündəlik biznes prosesləri anlamaq üçün biznes vahidləri ilə işləmək;

• Mövcud standartlara və metodologiyalara uyğun sənədlərin, texniki tapşırıqların, “test case”-lərin və İstifadəçi interfeysi təlimatlarının hazırlanması;

• Sistemlərin istifadəsi ilə bağlı problemlərin müəyyənləşdirilməsi, təhlili və sənədləşdirilməsi;.

Bilik və bacarıqlar:

• Tətbiqi riyaziyyat, İnformatika və ya iqtisadiyyat sahəsində ali təhsil;

• Dəqiqlik, diqqətlilik, planlama, üznsiyyətqurma və təşkilatçılıq qabiliyyəti;

• Məntiqi və analitik düşünmə tərzi və təşəbbüsskarlıq;

• Layihələrin idarə edilməsi üzrə təcrübə;

• Məlumatların təhlili və düzgün təqdimat bacarıqlarına malik olmaq;

• MS Office ilə qabaqcıl istifadə bacarıqları;

• JIRA, Confluence, MS Visio proqramlları üzrə biliklər;

• Azərbaycan dilinin əla, rus və ingilis dillərinin orta səviyyədə bilməsi;

• Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi.

• Sertifikatların (CBAP, PMI-PBA) olması arzuolunandır;

Son müraciət tarixi: 20 avqust 2020-cu il.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

Digər xəbərlər