FED.az xəbər verir ki, “PAŞA Sığorta" Qəza komissarı - assistent vəzifəsi üzrə vakansiya elan edir.
Eləcə də bax: "Nar" işçi axtarır - VAKANSİYA
Vəzifə və Öhdəliklər:
• Müvafiq sığorta növləri üzrə sığorta hadisəsinin qeydiyyata alınması, ilkin sənədlərin hazırlanması və ümumi işin təkmilləşdirilməsi;
• Sığorta hadisələri üzrə iddiaların tam və düzgün tənzimlənməsi prosesinin təmin edilməsi;
• Qeydiyyata alınmış işlərin araşdırılması və mümkün sığorta dələduzluğu faktlarının ortaya çıxarılması prosesinin həyata keçirilməsi və proses boyu birbaşa rəhbərə məruzə edilməsi;
• Baş vermiş hadisə yerinə çıxışın həyata keçirilməsi, müvafiq aktların tərtib edilməsi, hadisə yerinin, iştirakçıların sənədlərinin, sığorta predmetinin və hadisə yerinin foto və ya video çəkilişlərinin aparılması;
• Lazım gəldikdə hadisə yerindən avtonəqliyyat vasitələrinin evakuasiyasının təmin edilməsi;
• Hadisə yerində sığorta dələduzluğu faktı və ya kənar izlərin aşkarlaması halında ilkin aktda müvafiq qeydlərin aparılması;
• Hadisə yerinə səlahiyyətli dövlət orqanlarının və digər qurumların əməkdaşlarının gəlməsinin təşkil edilməsi;
• Nəqliyyat vasitələrinin sığorta hadisələrində sürücünün alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması şübhəsi olduğu təqdirdə hadisə iştirakçılarını səlahiyyətli orqanının nümayəndələri ilə birlikdə tibb məntəqəsinə qədər müşayiət edilməsi;
• Zərərə məruz qalmış əmlakların qiymətləndirməsi və təmiri prosesinə nəzarət etmək və qiymətləndirmə şöbəsi ilə razılaşdırmaq;
• Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.
Bilik və bacarıqlar:
• Ali təhsil;
• Kompyuter bilikləri: Microsoft Excel və Word təminat proqramları üzrə biliklərin olması;
• Yol Hərəkəti Qaydaları biliyi və avtomobil mexanizmi haqqında texniki bilik;
• Dil bilikləri: Azərbaycan sərbəst istifadə etmə bacarığı, rus və ingilis dilinin işlək səviyyədə olması.
• Minimum 1 il iş təcrübəsi.
• Ünsiyyət qurmaq bacarığı;
• Problemlərin həlli bacarığı;
• Komanda ilə işləmək bacarığı;
• Liderlik.
Son müraciət tarixi: 30 mart, 2020-ci il
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.