FED.az xəbər verir ki, PAŞA Sığorta “Sumqayıt nümayəndəliyində satış üzrə assistent" vəzifəsi üzrə vakansiya elan edir.
Eləcə də bax: Beynəlxalq Bank işçilər axtarır - VAKANSİYALAR
Vəzifə və Öhdəliklər:
- Mövcud olan fərdi müştəri bazasının böyüdülməsi və satış həcminin artırılması məqsədilə şirkət tərəfindən təqdim olunan sığorta məhsullarının və xidmətlərinin irəliləyişi üzərində işlənilməsi;
- Şirkətə müraciət edən müştərilərə mövcud Ön Masa işçilərinin ünsiyyət bacarığı üzrə təlimatda nəzərdə tutulmuş standartlara (Salamlama, dinləmə qabiliyyəti,cavablama tərzi və s.) riayət edərək yüksək keyfiyyətli xidmət göstərilməsi;
- Sorğu vərəqələrinin müştərilər tərəfindən doldurulmasına nəzarət edilməsi, müvafiq tarif göstəricilərini və sığorta şərtlərini almaq üçün sifarişçi haqqında tələb olunan və əlavə informasiyanı Anderraytinq Şöbəsinə vaxtı-vaxtında təqdim edilməsi;
- Zərurət yarandığı halda sığorta obyektlərinə baxışı həyata keçirilməsi;
- Fərdi və bank müştərilərinə xidmət edir, müştəri tələbatına uyğun olaraq növbətçi olduğu zaman müvafiq sığorta növləri üzrə şəhadətnamələr yazılması;
- Birbaşa tabe olduğu rəhbərin tapşırığı ilə digər işlərin həyata keçirilməsi.
BİLİKLƏR
- Ali təhsil, biznes və ya marketinq sahəsində təhsilə üstünlük verilir;
- Dil bilikləri: Azərbaycan və rus dillərinin sərbəst bilikləri, işgüzar ingilis dili biliyinə üstünlük verilir.
TƏCRÜBƏ
- Sığorta və satış istiqamətində iş təcrübəsi olan namizədlərə üztünlük verilir.
BACARIQLAR
- Ünsiyyətçilik;
- Dəqiqlik;
- Öz fikirlərini təmiz ifadə etmək bacarığı;
- Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı;
- Komanda ilə işləmək bacarığı;- Təklif olunan məhsulu satmaq və tanıtmaq bacarığı.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.