FED.az xəbər verir ki, "PAŞA Holdinq" “Xarici kommunikasiyalar üzrə baş mütəxəssis” vakansiyasını doldurmaq üçün təcrübəli namizədləri dəvət edir.
Eləcə də bax: "Eko Aqro" işçi axtarır - VAKANSİYA
İşin təsviri:
• Şirkətin xarici kommunikasiya strategiyasının yazılması və icra olunmasını həyata keçirmək
• PAŞA Holding-in baxışı, missiyası və dəyərlərinin xarici auditoriyaya düzgün kommunikasiyasının təmin etmək
• Qrup şirkətləri arasında xarici kommunikasiya üzrə sənədlərin uyğunlaşdırılmasını təmin etmək
• Şirkət daxilində xarici kommunikasiya üçün nəzərdə tutulmuş sənədlərin hazırlanmasına dəstək göstərmək
• Mətbuat və ictimai məlumat sorğularını cavablandırmaq və ya müvafiq səlahiyyətli şəxsə yönləndirilməsi; Kütləvi informasiya vasitələrinin (KİV) əhatə dairəsinin təsirinin təhlil edilməsi; media məsələlərinin idarəsində dəstək göstərilməsi;
• Xarixi kommunikasiya üçün nəzərdə tutulmuş məqalələrin mətnlərinin hazırlanması;
• PAŞA Holding-in rəsmi vebsaytının və digər xarici kommunikasiya kanallarının idərə edilməsi idarə edilməsi;
• İri media qurumları ilə əlaqələrin yaradılması və inkişaf etdirilməsi;
• Ehtiyac yarandığı halda mətbuat konfranslarının, müsahibə və brifinqlərin təşkil edilməsində kömək göstərilməsi;
• Press-relizlər, təqdimatlar və redaksiya tələb edən məzmunlar da daxil olmaqla Şirkət daxilində xarici kommunikasiya üçün nəzərdə tutulan materiallarının hazırlanması
• Media siyahılarının yaradılması və idarə edilməsi;
• Bizneslə əlaqəli xəbərlərin və yeniliklərin öyrənilməsi üçün gündəlik olaraq mətbuatın araşdırılması; Mətbuatın ümumi monitorinqi;
• Şəkillər, video və digər məzmunlar da daxil olmaqla bütün PR və xarici kommunikasiya aktivlərinin təşkil edilməsi və idarə olunması;
• Daxil olan mətbuat sorğularının və məlumat tələblərinin cavablandırılmasında yardım edilməsi;
• Korporativ təqdimatın hazırlanması
• İllik hesabatın hazırlanması
• Pres-relizlər, xarici kommunikasiya planları, məlumat mübadiləsi üçün sənədlər, nitqlər, sual-cavab sənədləri və s. də daxil olmaqla mətbuat materialları üçün müvafiq məzmunların yaradılması;
• Xarici kommunikasiya üçün nitqlərin yazılması, brifinq sənədlərinin hazırlanması və Şirkətin səlahiyyətli nümayəndələri ilə müsahibələrin təşkil edilməsi;
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
• Mükəmməl yazı, redaktə və korreksiya etmə bacarıqları vacibdir;
• Nəzərdə tutulmuş sosial media kanalları üçün müvafiq məzmunların vaxtlı vaxtında yaradılması və idarə edilməsi təcrübəsi;
• Şirkət tərəfindən maliyyələşdirilən tədbirlərin icrasına iştirak təcrübəsi;
• Jurnalistika, kommunikasiya və ya yaxın sahədə bakalavr diplomunun olması;
• Mətbuat, kommunikasiyalar və ya ictimai əlaqələr sahəsində müvafiq təcrübənin olması;
• İctimai tədbirlərin planlaşdırılması, əlaqələndirilməsi və icrası bacarığı;
• Güclü ünsiyyət və kommunikasiya bacarığı;
• Mükəmməl təşkilati, layihə və vaxtın idarəedilməsi və planlama bacarıqları;
• Mükəmməl azərbaycan və ingilis dillərində güclü ünsiyyət qurma bacarıqları (rus dili biliyi üstünlükdür);
• MS Office (Excel, PowerPoint, Word), İnDesign, Adobe Photoshop vəya CorelDraw proqramlarında sürətli işlmə bacarığı;
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:
• CV [email protected] ünvanına göndərilməlidir;
• Mövzu sətrində “Xarici kommunikasiyalar üzrə baş mütəxəssis” qeyd olunmalıdır;
• CV-lər 11 Sentyabr, 2020-ci il tarixinə qədər göndərilməlidir.
Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.