FED.az xəbər verir ki, "PAŞA Holdinq" Strategiyanın idarəedilməsi üzrə baş mütəxəssis vakansiyasını doldurmaq üçün təcrübəli namizədləri dəvət edir.
İşin təsviri:
• Bütün Qrup üzrə korporativ və biznes strategiyanın hazırlanması prosesində aktiv iştirak;
• Qrup strategiyasının həyata keçirilməsinə dəstək məqsədi ilə dövri olaraq xarici və daxili mühitin təhlili;
• Qrup üzrə, xüsusilə texnoloji startaplar ilə əlaqəli yeni investisiya sahələrində strateji layihələrin idarə edilməsi, icrası və dəstəklənməsi;
• Cari starteji aktivlər ilə sinerjiyə töhfə verəcək və əməliyyat modellərini inkişaf etdirəcək/ optimallaşdıracaq, eyni zamanda mövcud şəraiti nəzərə almaqla yeni biznes imkanlar barəsində ideyaların təklif edilməsi;
• Qurulmuş kanal və vasitələr ilə Strategiyanın izlənməsi və monitorinqi: strategiyanın baxış iclasları, sayı kartları, hesabatlar və s.
• Problemlərin strukturlaşdırılmış həlli proseslərinin və layihələrin idarəedilməsi bacarıqlarının strateji layihələrdə tədbiq edilməsi;
• Aşkar edilmiş məqamlar barədə tövsiyələrin və təhlillərin maraqlı tərəflər üçün hazırlanıb işlənməsi;
• Bütün Qrupu əhatə edəcək Strategiyanın idarəedilməsi üzrə siyasət və prosedurların yazılması prosesinin aparılması;
• Strategiyanın hazırlanması, əməliyyat modellərinin inkişafı və cari əməliyyatların təkmilləşdirilməsi üçün fikir vermək.
• Qrupa daxil olan Strateji aktivlər və xarici məsləhətçilər ilə sıx əməkdaşlıq;
• Daxili müştərilər üçün təlimlərin təşkil edilməsi: strategiyaya nəzarət və qiymətləndirmə biliklərinin daxili müştərilər ilə bölüşməklə proses haqqında anlayışın artırılması;
• Korporativ mərkəz daxilində illik əməliyyat planlama prosesində iştirak;
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
• Müvafiq texniki startaplarda, strateji inkişaf və planlaşdırma üzrə ən azı 2 il idarəçilik təcrübəsi, VC konsaltinq şirkətində təcrübə üstünlükdür;
• Texniki startaplar üstünlük olmaqla güclü rəqəmsal, korporativ maliyyə və qiymətləndirmə bacarıqları;
• Strateji layihələrin müstəqil idarəedilməsində təcrübə;
• Sürətlə inkişaf edən və gərgin mühitdə müstəqil və komanda ilə birlikdə işləmək bacarığı;
• Dinamik mühitdə məlumatların təhlili və kompleks məsələlərin həlli bacarığı;
• Eyni zamanda bir neçə tapşırıq və layihələr ilə işləmə bacarığı;
• Sahibkarlıq ruhu və yaradıcılıq qabiliyyəti;
• Güclü kritik düşünmə və biznesə maraq;
• Mükəmməl yazılı və şifahi ünsiyyət qurma və təqdimat bacarığı;
• Yüksək səviyyədə şəxsi keyfiyyətlər;
• Azərbaycan və ingilis dillərinin mükəmməl biliyi, rus dili biliyi üstünlükdür;
• MS Office (Excel, PowerPoint, Word) proqramlarının yüksək səviyyədə biliyi;
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:
• CV [email protected] ünvanına göndərilməlidir;
• Mövzu sətrində “Strategiyanın idarəedilməsi üzrə baş mütəxəssis” qeyd olunmalıdır;
• CV-lər 30 Aprel, 2020-ci il tarixinə qədər göndərilməlidir.
Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.