Vakansiya haqqında məlumat:
Struktur bölmə: Satış kanalları və marketinq departamenti, Marketinq və məhsulun inkişafı şöbəsi
Vəzifə: Marketinq və məhsulun inkişafı şöbəsinin baş mütəxəssisi
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi): 09:00-18:00
Son müraciət tarixi: 07 oktyabr 2020-ci il
Əsas vəzifə öhdəlikləri:
• Marketinq, reklam, PR aksiyaları və şirkət məhsullarının irəliləməsi üçün keçirilən aksiyaların planlaşdırılması, təşkili, nəzarəti və effektivliliyin təhlili, onların təkmilləşdirilməsi üzrə tövsiyələrin hazırlanması, hesabatların hazırlanması
• Məhsulların irəliləməsi üçün kontent strategiyasının hazırlanması və reallaşdırılmasında fəal iştirak
• Şirkət daxilində müxtəlif şöbələrlə və xarici podratçılarla işlərin koordinasiyası
• Sosial mediada reklam aktivliyinin koordinasiyası, hesabatların hazırlanması
• İnflunserlərlə iş (Sourcing influencers)
• Rəqəmsal marketinq strateqiyasının hazırlanması
• Rəqəmsal marketinq alətlərindən istifadə (GDN, Facebook ads, Linkedin Ads, Google Analytics, Yandex metrika)
• Rəqəmsal satışın inkişafında dəstək
• Axtarış sistemlərində iş bacarığı (SEO)
Namizədə olan tələblər:
- İş təcrübəsi: Marketinq sahəsi üzrə ən azı 3 il iş təcrübəsi
- Təhsili/ixtisası: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi
- Texniki bilikləri: Google Ads, Google Analytics ilə işləmə bacarığı
- Dil bilikləri: Azərbaycan dilində - əla . İngilis - əla, Rus dili - orta
- Kompüter bilikləri: MS Office – əla, (xüsusilə PowerPoint – əla)
- Üstünlüklər: Marketinqin üsulları və strategiyalarının biliyi, Google Ads, Google Analytics, Blueprint sertifikasiyaların olması
- Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi və əməkdaşlıq, planlaşdırma
İmtiyazlar:
Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
Digər məlumatlar:
Ünvan: Bakı şəhəri, Səbail rayonu, M. Useynov küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az (+994 12) 942
Vakansiya üçün müraciət qaydası: Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək “Marketinq və məhsulun inkişafı şöbəsinin baş mütəxəssisi” vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.