Vakansiya haqqında məlumat:
Struktur bölmə : Risklərin idarəedilməsi departamenti, Əməliyyat risklərinin idarəedilməsi şöbəsi
Vəzifə : Mütəxəssis
Əmək haqqı : Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi) : 09:00-18:00
Son müraciət tarixi : 20 yanvar 2020-ci il
Əsas vəzifə öhdəlikləri:
1. Əməliyyat risklərinin (əsasən İT risklərin) aşkarlanılması, qiymətləndirilməsi və azaldılma tədbirlərinin müəyyənləşdirilməsi;
2. Əməliyyat risklərinin (əsasən İT risklərin) şirkətdaxili monitorinq edilməsi və hesabatların hazırlanması;
3. Əsas risk (əsasən İT risk) indikatorlarının müəyyənləşdirilməsi, tədbiqi və təhlili;
4. Risk və Incident Management sisteminin idarə edilməsi;
5. Əməliyyat riskləri (əsasən İT risk) üzrə daxili alətlərin/modellərin hazırlanılması və tətbiqində iştirak;
6. Risk xəritəsinin hazırlanmasında iştirak edilməsi və onun mütəmadi olaraq nəzərdən keçirilməsi;
7. Business impact Analysis’in (Biznesə təsir təhlili) həyata keçirilməsi;
8. Proses, layihə və məhsullardakı dəyişikliklərin riskliliyinin təhlil edilməsi; yeni proses, layihə və məhsullar üçün oxşar təhlillərin aparılması.
Namizədə olan tələblər:
İş təcrübəsi: Sahə üzrə ən azı 1 il iş təcrübəsi tələb olunur
Təhsili/ixtisası: Ali – İnformasiya texnologiyaları, İqtisadiyyat və ya Riyaziyyat ixtisası üzrə bakalavr təhsili tələb olunur
Dil bilikləri: Azərbaycan dilini yüksək, ingilis dilini yaxşı səviyyədə bilməlidir
Kompüter bilikləri : MS Office
Üstünlüklər: Magistr təhsili, İT risklərinin idarə edilməsi, İT Audit sahəsində təcrübəsi olanlara, R və ya digər proqramlaşdırma dillərini bilənlərə üstünlük veriləcəkdir
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, inam yaratma, komanda işi və əməkdaşlıq, müştəri yönümlülük, problem həlletmə, gələcəyi planlaşdırma
İmtiyazlar: Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
Digər məlumatlar:
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az (+994 12) 942
Vakansiya üçün müraciət qaydası:
Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək Əməliyyat risklərinin idarəedilməsi şöbəsinin mütəxəssisi vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.