FED,az xəbər verir ki, "Paşa Həyat" Satış kanalları və marketinq departamenti, Telesatış şöbəsinə Kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Eləcə də bax: "Yelo Bank" işçi axtarır - VAKANSİYA
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi): 09:00-18:00
Son müraciət tarixi: 25 fevral 2020-ci il
Əsas vəzifə öhdəlikləri:
1. Müştərilərə çıxış zənglərinin edilməsi və məhsulun prezentasiyası;
2. Təqdim olunmuş skriptlərə uyğun danışığın aparılması;
3. Potensial müştərilərlə görüşün planlaşdırılması;
4. Şəxsi kabinet barədə ilkin məlumatın təqdim olunması;
5. Çarpaz satışların həyata keçirilməsi;
6. Müştəri kontaktlarının yüksək konversiya faizinin əldə olunması;
7. Müştəri bazasının genişləndirilməsi;
8. Zənglərin nəticələrinin qeydiyyata alınması.
Namizədə olan tələblər:
İş təcrübəsi: Tələb olunmur
Təhsili/ixtisası: İstənilən ixtisas üzrə ali təhsil tələb olunur
Dil bilikləri: Azərbaycan və rus dillərini yüksək səviyyədə, ingilis dilini yaxşı səviyyədə bilməlidir
Kompüter bilikləri: MS Office
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, inam yaratma, komanda işi və əməkdaşlıq, müştəri yönümlülük, təsir göstərmə, münasibət yaratma.
İmtiyazlar:
Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
Digər məlumatlar:
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri: www.pasha-life.az (+994 12) 942
Vakansiya üçün müraciət qaydası: Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək Telesatış şöbəsinin kiçik mütəxəssisi vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.