FED.az xəbər verir ki, "PAŞA Həyat" Kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Eləcə də bax: "Finex Kredit" işçi axtarır - VAKANSİYA
Vakansiya haqqında məlumat:
Struktur bölmə : Əlaqə mərkəzi şöbəsi
Vəzifə : Kiçik mütəxəssis
Əmək haqqı : Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi) : 09:00-18:00
Son müraciət tarixi : 31 yanvar 2020-ci il
Əsas vəzifə öhdəlikləri:
1. Əlaqə Mərkəzinə daxil olan zəngləri müştəri xidmət standartlarına uyğun cavablandırmaq;
2. Online çat və rəsmi sayt vasitəsilə daxil olan müraciətləri yazılı cavablandırmaq;
3. Cari və potensial müştərilərə konsultasiya verilməsi;
4. Müştərilərə əvvəlcədən müəyyən olunmuş sorğular əsasında çıxış zənglərinin olunması;
5. Müraciət edən potensial muştərilərin müraciətlərinin qeydiyyatı və müvafiq şöbələrə göndərilməsi;
6. Debitor məbləği olan müştərilərə zənglər etmək və sığorta haqqlarının ödənilməsini təqib etmək.
Namizədə olan tələblər:
İş təcrübəsi : Tələb edilmir;
Təhsili/ixtisası : İstənilən ixtisas üzrə ali təhsil tələb olunur;
Dil bilikləri : Azərbaycan və rus dilləri yüksək səviyyədə bilməlidir;
Kompüter bilikləri: MS Office;
Üstünlüklər: İngilis dilini bilənlərə və sahə üzrə iş təcrübəsi olanlara üstünlük veriləcəkdir;
Fərdi keyfiyyət tələbləri : Nəticəyə əsaslanma, komanda işi və əməkdaşlıq, biznes tərəfdaşlığı, inam yaratma, təsir göstərmə.
İmtiyazlar: Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.
Digər məlumatlar:
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az ; (012) 942
Vakansiya üçün müraciət qaydası : Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidinə daxil olmaqla “Əlaqə mərkəzi şöbəsinin kiçik mütəxəssisi” vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.