FED.az xəbər verir ki, "PAŞA Bank" Büdcələmə və Planlaşdırma şöbəsinin mütəxəssisi vakansiyasını elan edir.
Eləcə də bax: “Bank VTB Azərbaycan” işçi axtarır - VAKANSİYA
Əsas vəzifə öhdəlikləri:
• İllik Büdcə Planlama prosesinin effektiv şəkildə icrasında iştirak etmək
• Departament və şöbələrə xərc büdcənin hazırlanmasında dəstək göstərməsi
• Xərc büdcəsinə gündəlik nəzarət
• Aylıq Plan-Fakt hesabatın hazırlanması və fərqlərin təhlili
• Məlumatın keyfiyyətinə nəzarət və təşkilatın fəaliyyətinin idarə edilməsi üçün düzgün və vaxtında məlumata malik olmasının təmin edilməsi
Tələb olunan bilik, bacarıq və təcrübə:
• Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili
• Tələb olunan iş təcrübəsi: Mühasibatlıq, maliyyə və ya müvafiq sahə üzrə minimum 1-3 il iş təcrübəsi
• Xarici dillər: İngilis (səlis), Rus (arzuolunandır)
• Kompüter bilikləri: Microsoft Office
• Lisenziya/ Sertifikat: ACCA (Sertifikatlaşdırılmış mühasiblər assosiasiyası) və ya ekvivalent sertifikata üstünlük verilir
Digər:
• Beynəlxalq Maliyyə Hesabatlıq Standartların biliyi
• Büdcə Planlama və fəaliyyətin idarə edilməsinin biliyi
• Yerli Vergi Qanunvericiliyin anlayışı
Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini 28.05.2020-ci il tarixinədək [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Büdcələmə və Planlaşdırma şöbəsinin mütəxəssisi” yazaraq göndərmələri xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.