Vakansiyalar

"PAŞA Bank" işçi axtarır - VAKANSİYA

"PAŞA Bank" işçi axtarır - VAKANSİYA | FED.az
20:01 1 May 2020

FED.az xəbər verir ki, "PAŞA Bank" DevOps üzrə kiçik mutəxəssis axtarışındadır.

Eləcə də bax: "AccessBank" işçi axtarır - VAKANSİYA

Vəzifənin məqsədi

İnformasiya Texnologiyaları sistemlərini planlaşdırmaq, həyata keçirmək, dəstəkləmək, inkişaf etdirmək, hazırlamaq və qorumaq.

Vəzifə Öhdəliyi

- İstifadəçilərin ehtiyaclarını toplamaq və anlamaq üçün onlarla işləmək. Daha sonra tələb olunan inkişaf məsələlərində iştirak etmək.
- Təşkilat üçün kod standartlaşma və avtomatlaşma prosesini yaratmaq.
- Proqram relizləri, konfiqurasiyası, monitorinqinə məsul olmaq və bütün istehsal sisteminin komponentlərinə və infrastruktura dəstək olmaq.
- Unix/Linux və cloud platformalarında mövcud sistemləri, xidmətləri və infrastrukturu analiz etmək və onları təkmilləşdirmək.
- Çatdırılma vaxtı, kod keyfiyyəti və prosesin effektivliyinin təkmilləşdirilməsi layihələrinin planlaşdırılmasında iştirak etmək.
- CI/CD, avtomatlaşdırma və Jenkins, Teamcity, Git, SVN, Ansible, Puppet və Chef kimi versiya nəzarət vasitələrindən istifadə edə bilmək.
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.

Tələb edilən bilik, bacarıq və təcrübə

• Təhsil: Kompüter elmi və ya əlaqəli texniki sahə üzrə Bakalavr təhsili;
• İş təcrübəsi: Minimum 1 il iş təcrübəsi;
• Lisenziya/ Sertifikat: N/A;
• Xarici dil: İngilis dili (yaxşı) ;
• Kompüter bilikləri: Əlaqəli və əlaqəsiz verilənlər bazaları, Unix/Linux OS, CI/CD Tools, MS Offices;
• Məhsul biliyi: Agile və CI/CD, mənbəyə nəzarət vasitələri və yazı dili üzrə məlumatlı olmaq;
• Bazar biliyi: DevOps baş verən yeniliklər haqqında məlumatlı olmaq, yeni CI/CD texnologiyalarını öyrənmək və onlarla bağlı təcrübə aparmaq;
• Digər: Komandada və çoxlu tapşırıqlarla işləmək bacarığı. Yaxşı analitik bacarıqlar.

Maraqlanan namizədlər 01.06.2020 tarixinədək [email protected] ünvanına "DevOps üzrə kiçik mutəxəssis" başlığı ilə CVlərini göndərmək tələb olunur.

Digər xəbərlər

Banner