FED.az xəbər verir ki, "PAŞA Bank" ASC / İnvestisiya Bankçılığı şöbəsi / İnvestisiya Bankçılığı üzrə Mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Eləcə də bax: “Standard Insurance” işçi axtarır - VAKANSİYA
Əsas vəzifə öhdəlikləri:
· Müxtəlif növ maliyyə modellərinin hazırlanması (səhm kapitalının cəlb olunması, borc kapitalının qaldırılması istiqaməti üzrə)
· Müxtəlif qiymətləndirmə modellərinin (müqayisəli metod, presedentlər və DCF metodu ilə) və hesabatlarının hazırlanması
· İnvestisiya sövdələşmələrindən irəli gələn materialların, o cümlədən investisiya memorandumlarının, müştəri təqdimatlarının və hesabatların hazırlanması və nəzərdən keçirilməsi
· Müvafiq araşdırma, tədqiqat, təhlil işlərinin aparılması (Makroiqtisadi, sənayə sahəsi və biznes seqmetləri üzrə)
· İnvestisiya sövdələşmələrindən irəli gələn sənədləşmələrin həyata keçirilməsi
· Müştəri sorğularına ilkin baxışın aparılması, tələbə görə uyğunlaşdırılmış sərmayə məsləhət xidmətlərinin göstərilməsi
Tələb olunan bilik, bacarıq və təcrübə:
· Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili
· İş təcrübəsi: Maliyyə və ya investisiya sahəsi üzrə minimum 3-4 il iş təcrübəsi , Maliyyə modelləşdirilməsi sahəsində minimum 1-2 il olmaqla
· Lisenziya/ Sertifikat: Maliyyə modelləşdirilməsi, CFA kimi sertifikatlara üstünlük verilir
· Xarici dil: Rus dili, İngilis dili
· Sürətlə inkişaf edən biznes/komanda mühitində işləmək bacarığı
· Güclü ünsiyyət və təqdimat bacarıqlarının olması
· Kompyüter bilikləri: Microsoft Office (mükəmməl), Bloomberg terminalında baza təcrübənin olması
· Güclü maliyyə modelləşdirmə bacarığı
· Tez-tez prioritet dəyişikliklərlə, üst-üstə düşən tapşırıqları təşkil etmək və izləmək bacarığı
Maraqlanan namizədlər [email protected] ünvanına "İnvestisiya Bankçılığı üzrə Mütəxəssis" başlığı ilə CVlərini göndərmək tələb olunur.