FED.az xəbər verir ki, "PAŞA Bank" Məhsul sahibi vəzifəsinə vakansiya elan edir.
Eləcə də bax: "eManat" işçi axtarır - VAKANSİYA
Vəzifənin məqsədi:
Məhsul Sahibi biznesin inkişafına müsbət təsir etmək üçün müştəriyönümlü rəqəmsal məhsullar təqdim etməkdə və multifunksional komandaların idarə edilməsində iştirak edir. Bir və ya daha çox rəqəmsal məhsulla/həllə əlaqəli bütün səviyyələrdə qərarların verilməsinə və nəticələrə görə məsuliyyət daşıyır. Bu zaman əsas missiya elə bir məhsul yaratmaqdır ki, bununla müştərilərin bank məhsullarından istifadəsi üzrə təcrübələrinin dəyişdirilməsi, xidmət səviyyəsinin daha yüksək pilləyə qaldırılması təmin olunsun. Məhsul sahibi ehtiyaclara cavab verən yüksək keyfiyyətli müştəriyönümlü həllərin yaradılması üçün həll yollarının tapılmasında, eləcə də həmin həllərin hazırlanması üçün çalışan agile (çevik) komandada aparıcı rol oynayır.
Vəzifə öhdəlikləri:
• Müştəriyönümlü və biznes dəyər yaradan məhsullar təqdim etmək üçün müştəri ehtiyaclarını müəyyən etmək;
• Məhsulun biznes göstəricilərinin monitorinqi və bununla bankın hədəflərinə uyğun nəticələrə nail olmaq;
• Rəqəmsal məhsullar üzrə görüləcək işlərin prioritetini müəyyən etmək;
• Məhsulun vizionunu formalaşdırmaq ,təqdim etmək və komanda üzvlərinə aşılamaq;
• Biznes tərəfdaşlar ilə mütəmadi anlaşma, gözləntilərin uyğunlaşdırılması üzrə müzakirələr aparmaq, prosesdə multifunksional məhsul komandasınının işində qabaqcıl rol oynamaq;
• Digər Məhsul sahibləri ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində məlumatlarla bölüşmək və mümkün dəstəyin verilməsi şəraitində çalışmaq.
Tələb olunan bilik, bacarıq və təcrübə:
• Ehtiyaclara uyğun məhsul yaradılmasına yönümlü təfəkkür və məhsula sahiblik
• İnkişaf etməkdə olan rəqəmsal tendensiyalar və onların imkanları barədə məlumatlılıq
• Agile və ya Dizayn Thinking üzrə biliklər
• Müştəri və biznes dəyərlərinə uyğun həllərin yaradılmasına yönümlülük
• Komandada işləmə bacarığı
• Problemləri həll etmə bacarığı
• Liderlik keyfiyyətləri
• Ünsiyyət bacarıqları
• Güclü analitik bacarıqları
• Yaradıcı təfəkkür
• İngilis dili/Rus dili ( minimum biri mükəmməl səviyyədə )
• 1 ildən artıq məhsul inkişafı üzrə peşəkar təcrübə (biznes və ya İT) (əlavə üstünlük/arzuolunan)
Maraqlanan namizədlər 13 Aprel 2020 tarixinədək [email protected] ünvanına "Vakansiya № 1002632 / Məhsul Sahibi" başlığı ilə CVlərini göndərmək tələb olunur.