FED.az xəbər verir ki, "Paşa Bank" Korporativ Katiblik şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Eləcə də bax: "Yelo Bank" işçilər axtarır - VAKANSİYALAR
Əsas vəzifə öhdəlikləri:
• Bankın yerli və beynəlxalq korporativ idarəetmə standartlarına uyğun fəaliyyətinin təmin edilməsi və korporativ idarəetmə strategiyasının icra edilməsi
• Bankın nəzarət, idarəetmə orqanlarının və digər kollegial qurumlarının (komitə, komissiya) iclaslarının müvafiq reqlamentə uyğun təşkil edilməsini, iclas məlumatlarının, sənədlərinin və hesabatlarının qəbul, konsolidasiya və hazır edilməsi
• Bankın nəzarət, idarəetmə orqanlarının və digər kollegial qurumları ilə bağlı hesabatlarının mütəmadi hazırlanması və müvafiq orqana məruzə edilməsi
• Katibi olduğu komitələrin qərarlarının çıxarışlarının verilmiş qərara uyğun imzalanması və icraya yönəldilməsi
• İdarə Heyətinin və komitələrin iclaslarına təqdim olunmuş məsələlərin lazımi tələblərə və limitlərə cavab verməsinə nəzarət edilməsi və müvafiq tələblərə cavab verməyən sənədləri geri qaytarmaq üzrə qərar verilməsi
• İdarə heyətinin və komitə iclaslarda qəbul edilmiş qərarlara müvafiq tədbirlərin həyəta keçirilməsinə nəzarəti və nəticələr haqqında məlumatların müvafiq qurumlara vaxtında təqdim olunması
• Bank nəzarət orqanları ilə rəsmi əlaqə kanallarının qurulması, müraciət və sorğuların koordinasiya edilməsi və vaxtı-vaxtında cavablandırılmasınıntəmin edilməsi
Tələb olunan bilik, bacarıq və təcrübə:
• Təhsil: bakalavr dərəcəsi
• Tələb olunan iş təcrübəsi: 1-3 il
• Xarici dillər: İngilis, Rus
• Kompüter bilikləri: Microsoft Office
• Məhsul üzrə biliklər: Kredit, sənədli əməliyyat, faktorinq
Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini 22.02.2020-ci il tarixinədək [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Korporativ Katiblik şöbəsinin mütəxəssisi” yazaraq göndərmələri xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.