FED.az xəbər verir ki, "PAŞA Bank" Girovların İdarə Edilməsi üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifənin məqsədi
Bankın Risk Management funksiyasına töhfələrin verilməsi, bankı xarici risklərdən qorumaq, girov portfelinə nəzarət, girovların düzgün və ədalətli qiymətləndirilməsi və monitorinqi.
Vəzifə Öhdəlikləri
• Qiymətləndirmənin vaxtında aparılması, kənar qiymətləndirmə hesabatlarının vaxtında baxılması və rəy verilməsi
• Girovların müntəzəm monitorinqi
• Müştərilərə qoyulan şərtlərin yerinə yetirilməsinə nəzarət
• Müstəqil qiymətləndirmə şirkətlərin hesabatlarına rəyin verilməsi
• Girovların nəzarət edilməsinə aid məsələlərə nəzarət
• Girovların sığortasına nəzarət
• Əmlak bazarının təhlili
• Bankın risk siyasətinə əsasən girovların qiymətləndirilməsi və monitorinq prosedur və proseslərin təkmilləşdirilməsi.
Tələb edilən bilik, bacarıq və təcrübə
• Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili.
• İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi
• Lisenziya/ Sertifikat: Aktivlərin qiymətləndirilməsi, Beynəlxalq Qiymətləndirmə Standartları üzrə sertifikata üstünlük verilir
• Xarici dil: İngilis dili (orta)
• Kompüter bilikləri: Microsoft Office
• Məhsul biliyi: Avadanlıq, daşınmaz əmlak, tikinti, əmlak bazarı barədə texniki biliklər
• Bazar biliyi: Tələb olunur.
• Digər: Güclü ünsiyyət və konflikti həll etmək bacarığı, innovativ düşünmə qabiliyyəti və və özünü inkişafı təbliğ etmək bacarığı.
Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Girovların İdarə Edilməsi üzrə Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Əks halda sizin namizədliyiniz nəzərə alınmayacaqdır.