Vacancy: Junior Product Owner
İşiniz nədən ibarətdir?
- Müəyyən istiqamətlər almaqla məhsulun dəyər təkliflərini və yol xəritəsini formalaşdırmaq, komanda üzvlərinə və məhsulda maraqlı tərəflərə çatdırmaq;
- Məhsul üzrə tapşırıqlar siyahısının yaradılması və idarə edilməsi; Məhsul üzrə tapşırıqların prioritetləşdirilməsi;
- Müəyyən istiqamətlər almaqla məhsul üzrə əsas göstəricilərin müəyyən edilməsi, göstəricilərin izlənməsi və nəticələrin analizi;
- Müştərinin, bazarın ehtiyaclarını və istəklərini müəyyən etmək üçün mütəmadi olaraq müştərilərlə görüşlər keçirmək, araşdırmalar aparmaq;
- Məhsulda maraqlı olan tərəflərlə mütəmadi görüşlərin keçirilməsi, tələblərin və gözləntilərin nəzərdən keçirilməsi;
- Məhsul üzrə mütəmadi olaraq bankdaxili və bankdankənar təqdimat məqsədli görüşlərinin keçirilməsi;
- Məhsulun ümumi dəyərinin artırılması istimaqətində addımlar atmaq;
- Bankın bütün daxili qaydalarına, proseslərinə, siyasətlərinə və prosedurlarına (“HSE” daxil olmaqla) riayət edilməsində məsuliyyət daşımaq. Fors-major hal, istənilən təhlükə, qəza, hadisələr haqqında Birbaşa rəhbərinə dərhal məlumat vermək;
- Komanda daxili işlərin gedişatı ilə bağlı birbaşa rəhbərlə şəffaf kommunikasiyanın aparılması;
- Ətraf mühiti qorumaq və çirklənmənin qarşısını almaqla, təhlükəsiz çalışmaq;
- Birbaşa rəhbəri tərəfindən təyin edilmiş digər şifahi və yazılı tapşırıqların yerinə yetirilməsi.
Sizdən nə tələb olunur?
- Rəqəmsal məhsullardan və texnologiya aləmindən yaxından məlumatlı olmaq;
- Kreativ düşüncə tərzi;
- Yüksək sahibkarlıq ruhu;
- Problemlərin kökünü tapıb həll etmə bacarığı;
- Nəticə yönümlülük;
- Rəqəmsal məhsulların inkişaf etdirilməsi üzrə müəyyən peşəkar təcrübə;
- Azərbaycan və ingilis dillərində sərbəst fikirlərini ifadə etmə, danışma və yazma qabiliyyəti;
- Müştərilərlə empatiya qurmaq və istəklərini biznes imkanlarına çevirmək bacarığı;
- Liderlik xüsusiyyətləri;
- Fərqli biznes sahələri ilə effektiv əlaqə qurmaq qabiliyyətinə sahib olmaq (marketinq, satış, maliyyə, əməliyyat, hüquq və s.);
- “Agile” və ya “Design Thinking” üzrə biliklərə sahib olmaq arzuolunandır.
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi başlıqda “Kiçik Məhsul Sahibi” qeyd edərək [email protected] email ünvanina göndərməyiniz xahiş olunur.