FED.az xəbər verir ki, "Para BOKT" ASC Daxili Audit şöbəsinə rəhbər vəzifəsinə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
• DAX fəaliyyətlərinin Daxili Audit Təlimatı və Beynəlxalq Daxili Audit Standartlarına uyğun yerinə yetirilməsi;
• DAX-nə rəhbərlik etmək və keyfiyyətli xidmətlər göstərilməsinə təminat vermək üçün uyğun qaydaların tərtibi;
• Risklərin qiymətləndirilməsi əsasında DAX planının hazırlanması;
• Risk qiymətləndirməsinin əsasda auditin icrası;
• DAX planının yekunlaşdırılması və Təftiş Komissiyası tərəfindən təsdiqinə nail olmaq;
• Audit yoxlamaları zamanı əldə edilmiş faktların vaxtlı-vaxtında Təftiş Komissiyasının diqqətinə çatdırılması;
• Tövsiyələrin işlənib hazırlanması və əldə edilmiş faktların audit obyekti rəhbərliyi ilə razılaşdırılması;
• Bütün DAX yoxlama hesabatlarının düzgün keyfiyyət və effektiv tərzdə hazırlandığına təminat verilməsi;
• DAX-nın fəaliyyəti haqqında mütəmadi şəkildə Təftiş Komissiyasına məruzə edilməsi və məlumatın çatdırılması;
• DAX tövsiyələrinə uyğun olaraq tədbirlər planının statusunun monitorinqi, təsdiqi və hesabatı;
Təhsil:
• Ali təhsil (Hüquq və ya İqtisadi sahədə)
İş təcrübəsi:
• Maliyyə sahəsində ən azı 3 il, yaxud bank/bokt sektorunda ən azı 2 il iş təcrübəsi
Biliklər:
• MS Office proqramları (xüsusilə Excel);
• Azərbaycan və İngilis dilllərini yüksək səviyyədə bilmək
Xüsusi bacarıqlar:
• Daxili audit prosesi üzrə bacarıqlara malik olmaq;
• Müstəqilliyini qorumaq qabiliyyəti;
• Müşahidə aparmaq və faktları müəyyən etmək bacarığı;
• Problemlərin həlli və audit nəticələri üzrə razılığın əldə olunması bacarığı;
• Audit rəyləri hazırlama və yazma bacarığı;
Xahiş edirik “Daxili audit şöbəsinə rəhbər” qeyd edərək CV-nizi [email protected] elektron ünvanına göndərin.