Vakansiyalar

"Para BOKT" işçi axtarır - VAKANSİYA

"Para BOKT" işçi axtarır - VAKANSİYA | FED.az
18:56 28 May 2020

FED.az xəbər verir ki, “Para” Bank Olmayan Kredit Təşkilatı namizədlərə Filial müdiri (Gəncə, Şəmkir, Tovuz şәhәrlәri üzrə) vəzifəsini təklif etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Eləcə də bax: "Ricon" işçi axtarır - VAKANSİYA

Öhdəliklər:

• Filialın işini təşkil edərək, fəaliyyətinə rəhbərlik etmək;
• Təşkilatın İdarəetmə Orqanlarının qərarlarını, Rəhbərliyin əmr və sərəncamlarını icra etmək;
• Limitlər daxilində əməliyyatlar üzrə qərarlar qəbul etmək;
• Təşkilatın imicinin və ona olan inamın artırılması istiqamətində əməli işlər həyata keçirmək;
• Filialın müştəri bazasının genişləndirilməsi üçün banka yeni müştərilər cəlb etmək, müştərilərə yüksək səviyyəli xidmətlərinin göstərilməsini təşkil etmək, kredit məhsullarının satışını təşkil etmək;
• Tabeçiliyində olan əməkdaşların işini gündəlik olaraq planlaşdırmaq, koordinasiya və nəzarət etmək;
• İşçiləri qiymətləndirmək və motivasiya etmək;
• Müştərilərə yüksək səviyyədə xidmət olunmasını təmin etmək;
• Filiallara etibar edilmiş maddi qiymətlilərin və pul vəsaitinin mühafizəsi üçün bütün zəruri tədbirləri görmək və s.

Tələblər:

• Ali İqtisadi və ya hüquqi təhsil;
• Bank / BOKT sahəsində minimum 2 il iş təcrübəsi (kredit sahəsində iş təcrübəsi mütləqdir, rəhbər vəzifədə iş təcrübəsi olanlara üstünlük verilir);
• Qüvvədə olan qanunvericilikləri və ARMB-nin aidiyyəti təlimatlarını bilməli;
• Filialın maliyyə hesabatlarını (balans, mənfəət/zərər) təhlil etmə və qiymətləndirmə bacarığı;
• Qüsursuz vətəndaş olmalı (ictimai mövqeyinə görə vicdanlı, şəxsi, mənəvi keyfiyyətlər);
• Biznesi inkişaf etdirmə bacarığı;
• Azərbaycan və rus dillərində səlis danışıq bacarığı;
• MS Office-dən istifadə bacarığı;
• Ünsiyyət qurma, komandada işləmək və problemi həll etmə bacarığı;
• Strateji və analitik düşünmə qabiliyyəti;
• Liderlik qabiliyyətinin olması.

Xüsusi bacarıqlar:

• Məsuliyyətli və dəqiq;
• Komanda işini bilən, insanları tanımaq;
• İdarəetmə qabiliyyəti;
• Strateji və analitik qabiliyyət;
• Təşkilatçılıq, ruhlandırma və təşəbbüskarlıq qabiliyyəti.

Müraciət etdiyiniz filialın adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərə bilərisniz.

Digər xəbərlər

Banner