Vakansiyalar

"Optimal Elektronika" işçi axtarır - VAKANSİYA

"Optimal Elektronika" işçi axtarır - VAKANSİYA | FED.az
20:00 22 Sen 2020

FED.az xəbər verir ki, "Optimal Elektronika" SMM (Sosial Media üzrə mütəxəssis) vəzifəsinə vakansiya elan edir.

Tələblər:

- Ali təhsil;
- Qeyd olunan sahədə minimum 1 il iş təcrübəsi;
- Sosial şəbəkələrdə irəliləyiş alətləri və üsullarını istifadə etmə bacarığı;
- İnternet-marketinq şəbəkələrinin vasitəsilə irəliləyiş üsulları haqqında təsəvvürün olması;
- Photoshop üzrə ilkin biliklərin olması (arzu olunandır);
- Azərbaycan dilinin qrammatikası biliyi, eyni zamanda düzgün tətbiq edilməsi bacarığı;
- MS Office proqramlarından sərbəst istifadə etmək bacarığı;
- İngilis və rus dillərini bilən namizədlərə üstünlük verilir.

Vəzifə öhdəlikləri:

- Sosial media hesablarının peşəkar şəkildə idarə olunması;
- Kontentin yaradılması və onun dolğun şəkildə təqdim edilməsi;
- Səhifələr üzrə gələn sorğuların cavablandırılması;
- Markalar üzrə sosial şəbəkələrdə gündəlik paylaşımların edilməsi;
- Səhifə istifadəçiləri arasında aksiyaların hazırlanması;
- Səhifənin günlük və aylıq hesabatlarının hazırlanması.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerində (subject) “SMM (Sosial media üzrə mütəxəssis)” qeyd edərək [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

Müraciət üçün son tarix: 30.10.2020

Digər xəbərlər

Banner