Vakansiya 1: Daxili audit departamentinə Baş/Aparıcı/Auditor/Kiçik auditor
ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
- Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
- Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
- Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq;
- Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
- Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
- Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;
- Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
- Bankdaxili aktiv sosial həyat.
Görəcəyiniz işlər:
- Proses və strukturlar üzrə idarəetmə, risklərin idarə edilməsi və daxili nəzarət mexanizimlərinin effektivliyini təhlil etmək;
- Requlyativ tələblərə və qabaqcıl təcrübəyə uyğunluğu qiymətləndirmək;
- Beynəlxalq daxili audit standartlarına uyğun olaraq audit layihələrini icra etmək və ya idarə etmək;
- Aktivlərin idarəedilməsi və xərclərin effektivliyini qiymətləndirmək;
- Maliyyə hesabatlarının dəqiqliyini və etibarlığını qiymətləndirmək;
- Məsafədən və yerində auditlər aparmaq, məlumat/məlumat bazalarının təhlilini həyata keçirmək;
- Audit müşahidəsi, tövsiyələr və müəyyən edilmiş tədbirlərin yer aldığı hesabatları tərtib etmək;
- Audit tövsiyələrinin icra səviyyəsini yoxlamaq;
- Daxili audit fəaliyyətinin təşkili və təkmilləşdirilməsi istiqamətində layihələrdə iştirak etmək.
Bizim üçün uyğun namizəd:
- İT/maliyyə/data analitika/risk/ məshul və proseslərin idarəedilməsi sahələrində minimum 2 illik təcrübəyə;
- Əlaqədar sahələrdə ali təhsil və/və ya sertifikatlara;
- Yüksək fərdi xüsusiyyət və dəyərlərə:
- Analitik və kritik düşünmə,
- Təşəbbüskarlıq və əzmkarlıq,
- Qərəzsizlik, tərəfsizlik, müstəqillik,
- Məsələlələrə mikro və makro baxış,
- Yüksək ünsiyyət bacarıqları,
- Davamlı inkişaf həvəsi və s.
- Azərbaycan, ingilis və ya rus dili biliklərinə;
- Microsoft Office və/və ya data analitik proqramlar ilə işləmə bacarıqlarına sahib olan;
- Vətəndaş qüsursuzluğu olan şəxsdir.
QEYD: Aşağıdakı sahələr üzrə müvafiq təcrübə və sertifikasiyası olan namizədlərə üstünlük veriləcəkdir.
- İT - Kiber təhlükəsizlik, kodlaşma, İT və rəqəmsal fraud analitikası və sistem inzibatçılığı üzrə təcrübə, CISA, CIA, CISSP, CRISC, ITIL, CISM, CRMA, ISSMP və s. aidiyyəti sertifikatlar
- Maliyyə - Bankların maliyyə strukturlarında və ya BIG 4 şirkətlərində maliyyə sahəsi üzrə auditor təcrübəsi, CIA, ACCA, CFA, DipIFR və s. aidiyyəti sertifikatlar
- Data analitika – Böyük data ilə çalışma və hesabatlıq təcrübəsi, QlikSense, SQL, Phyton, VBA və s. data analitika proqramlarını bilmə
- Risk – Əməliyyat, kredit və IT risklər sahəsində təcrübə, FRM,CERA, CRM, PRM, ISO31000 və s. aidiyyəti sertifikatlar
- Məhsul və proseslərin idarəedilməsi – Məhsul sahibi, biznes analitik, scrum master, biznes proseslərin optimallaşdırılması və layihələrin idarə edilməsi sahəsində təcrübə, PMP, PBA, CSM, ACP, CPM və s. aidiyyəti sertifikatlar
Əgər axtardığımız namizəd sizsinizsə portalda (https://careers.abb-bank.az/) qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
Vakansiya 2: Pərakəndə seqment sahəsinə (Retail segment tribe) Front-end üzrə proqramçı
ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
- Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
- Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
- Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
- Gənc və peşəkar kollektivdə çalışmaq imkanı
- Yüksək komanda ruhunda əməkdaşlıq;
- Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
- Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
- Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
- Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
- Bankdaxili aktiv sosial həyat.
Görəcəyiniz işlər:
- Müasir texnologiyalar və ən yaxşı təcrübəyə əsaslanaraq funksional veb tətbiqləri hazırlamaq;
- Tətbiqlərin vizual və funksional tələblərini kod səviyyəsində UI/UX dizaynının texniki əsaslandırılmasını tətbiq edərək icra etmək;
- Risklərin və səmərəsiz fikirlərin həll yollarını aradan qaldırmaq üçün idea və fikirləri təhlil etmək;
- Back-end proqramçı ilə sıx əməkdaşlıq etmək və API – lərdən istifadə etmək;
- Veb tətbiqlərdən geniş miqyasda istifadə etmək və daha surətli işləməsi üçün kodu optimallaşdırmaq.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilə;
- Minimum bir il iş təcrübəsinə;
- Git, Githab, Gitlab üzrə iş təcrübəsinə;
- JavaScript/HTML/CSS , SASS/LESS təcrübəsinə;
- Minimum 2 illik React.js/Next.js təcrübəsinə;
- Webpack, Rollup modul paketləri ilə bağlı təcrübəyə (üstünlükdür);
- Typescript təcrübəsinə (üstünlükdür);
- Dizayn proqramları (Figma, Sketch) üzrə iş təcrübəsinə;
- Müasir veb proqramlaşdırma arxitekturası və “design pattern” üzrə dərin biliklərə;
- Obyekt yönümlü proqramlaşdırma üzrə dərin biliklərə;
- Agile Scrum Metodologiyası ilə bağlı dərin biliklərə sahib olan şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
Vakansiya 3: Kart məhsulları sahəsinə (Card products tribe) Back-end üzrə baş proqramçı
ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
- Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
- Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
- Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
- Gənc və peşəkar kollektivdə çalışmaq imkanı
- Yüksək komanda ruhunda əməkdaşlıq;
- Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
- Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
- Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
- Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
- Bankdaxili aktiv sosial həyat.
Görəcəyiniz işlər:
- Yeni texnologiyaların araşdırılması və tətbiq olunması;
- Məhsulun biznes məntiqinin və back-end sisteminin dizayn olunması və proqramlaşdırılması;
- Front-end proqramçısı ilə sıx əməkdaşlıq edərək funksional, effektli və tam tələblərə cavab verən API-lərin hazırlanması;
- Mənbə kodlarını analiz etmək və ehtiyaca uyğun dəyişiklikləri icra etmək;
- Unit və inteqrasiya testlərinin yazılması və gündəlik tapşırıqlar üçün avtomatik alətlərin hazırlanması;
- Keyfiyyətli, effektli kodların yazılması və sənədləşdirilməsi;
- Riskləri və səmərəsiz həll yollarını aradan qaldırmaq üçün ideya və fikirlərin təhlil olunması;
- Yeni texnologiyaların araşdırılması və tətbiq olunmasıdır.
Bizim üçün uyğun namizəd:
- Back-end proqramlaşdırma sahəsində minimum 4 illik iş təcrübəsinə;
- Java8, Java EE, Spring Boot üzrə təcrübəyə;
- Versiya Kontrol Sistemləri (Git) üzrə dərin biliklərə;
- RESTful API servislərin hazırlanması, istifadə olunması üzrə təcrübəyə;
- Obyekt yönümlü proqramlaşdırma, S.O.L.I.D prinsipləri və Design Patterns barədə dərin biliklərə;
- Verilənlər bazası sistemləri üzrə təcrübə, SQL və NoSQL bazaları barədə biliklərə; (PostgreSQL, MySQL, Oracle, MongoDB, Redis)
- Unit, inteqrasiya və APİ üçün effektli testlərin yazılması biliklərinə;
- Agile Scrum metodologiyası barədə məlumatlılığa;
- Mikroservis arxitekturası üzrə biliklərə;
- PL/SQL biliklərinə;
- Güclü problem həll etmə bacarığına, mürəkkəb məlumatları emal etmək, onları aydın və sadə şəkildə təqdim etmək qabiliyyətinə sahib olan şəxsdir.