TuranBank ASC üzrə vakant vəzifəni Sizə təqdim edirik.
Vəzifə: Problemli kreditlərlə iş departamentinin direktoru
Vəzifəyə olan tələblər:
• Ali təhsil;
• Bank sektorunda problemli kreditlərlə iş sahəsində minimum 7 il iş təcrübəsi;
• Məhkəmə və icra qurumları ilə işləmə sahəsində əhəmiyyətli təcrübəyə malik olma;
• Stress altında işləmə bacarığı;
• Ünsiyyət qruma və problem həll etmə bacarığı;
• Hesabat vermə və yüksək dərəcədə təhlil etmə bacarığı;
• Kollektivdə işləmə və liderlik bacarığı;
• Məsuliyətlilik, diqqətlilik;
Vəzifə öhdəlikləri:
• Departamentin qarşısında duran vəzifələrin səmərəli həyata keçirilməsini təşkil etmək;
• Problemli kreditlərin aktiv yığımı istiqamətində yığım planlarını müəyyənləşdirmək, portfelin işçilər arasında ədalətli bölgüsünü aparmaq;
• Yığım planlarının icrasına gündəlik, aylıq formada nəzarət etmək;
• Əhəmiyyətli hesab olunan problemli kredit müştəriləri ilə birbaşa görüşləri təşkil etmək;
• Problemli kredit müştərilərinə (borcalan, zamin, girovqoyan) vizitlərin həyata keçirilməsini planlı şəkildə idarə etmək;
• Məhkəmə və icra qurumları ilə işin təşkilini həyata keçirmək, onlarla görüşlər təşkil etmək, probelmlərin həlli istiqamətində əməli təkliflər vermək;
• İşçilərin (aktiv yığım, icra, məhkəmə) gündəlik iş fəaliyyətini nəzarətdə saxlamaq;
• Problemli kreditlərin təhlilini apararaq zərurət yarandığı halda onların sağlamlaşdırılması (restruktrizasiya, prolonqasiya və sair), keyfiyyətinin yaxşılaşdırılması istiqamətində təkliflərlə çıxış etmək;
• Problemli kreditlərin yaranma səbəbini araşdıraraq hesabat formasında rəhbərliyi məlumatlandırmaq;
• Bankın borc əvəzinə balansa götürdüyü əmlaklarla işin təşkilini (mülkiyyətə götürmə, monitorinq, elan vermə, satılma) həyata keçirmək;
• Rəhbərliyin tapşırıqları və departamentin əsasnaməsində göstərilən digər işləri həyata keçirmək;
Anketlərinizi [email protected] ünvanına göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən Mövzu hissəsinə "PKİD-direktor" yazmağı unutmayın.