Novas Home 8 fevral 2019 –cu il tarixdən fəaliyyətə başlamışdır. Brendin filialları “Bizim Market” mağazalarında yerləşir. Qısa zaman ərzində Novas Home konsepsiyası yeni filiallarda genişlənmişdir. Hazırda 11 filial fəaliyyət göstərir.
“Novas Home”-da mövsümi, səyəhət, dəsmal-tekstil, elektrikli mətbəx alətləri, təmizlik vasitələri, uşaq aləmi, bağ-bağça alətləri, mətbəx əşyaları, suvenir-dekor, idman ləvazimatları, elektron-digital avadanlıqlar, avtomobil aksesuarları daxil 21 kateqoriyaya aid müxtəlif çeşid məhsullar yer alır.Geniş məhsul çeşidi, münasib qiymət, yüksək keyfiyyət və müştəri məmnuniyyəti əsas hədəfimizdir. Brendin sloqanı isə “təkrar olunmayan ahəng"dir.
Əgər siz də daimi karyera yüksəlişi və pozitiv bir komandanın üzvünə çevrilmək istəyirsinizsə bizə qoşula bilərsiniz.
Kateqoriya meneceri – (Qeyri-qida üzrə)
Tələblər
• Ali təhsilli olmalı;
• Uyğun sahədə bu vəzifə üzrə iş təcrübəsi ən azı 1 il;
• Dil bilikləri: Azərbaycan dili səlist, rus və ingilis dili arzu olunandır;
• MC Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
• Məsuliyyətli və güclü analitik, idarəetmə qabiliyyətli.
İş haqqında məlumat:
• İdarə etdiyi məhsul/markaların ehtiyacları istiqamətində qısa və uzun dövrlü marketinq strategiyasını dəstəkləyən planlar hazırlamaq,layihələr həyata keçirmək, eyni zamanda cari ilin strategiyasını idarə edərkən gələcək dövrlərdəki strateji istiqamətləri müəyyənləşdirmək;
• Bazar dinamikasını, rəqibləri və rəqib məhsullarını təqib edərək, öz təklifləri ilə məruzə etmək;
• Marka/məhsul performansını müşahidə edərək təhlil etmək.
İş şəraiti
• 5 günlük iş həftəsi;
• Nahar və telefon xərcləri şirkət tərəfindən təmin olunur;
• Əmək haqqı razılaşma yolu ilə (Əmək haqqı namizədin bilik və bacarıqlarına görə dəyişir).
Vakansiyaya müraciət üçün CV-ləri “Kateqoriya meneceri (Qeyri-qida üzrə)” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.