FED.az xəbər verir ki, "Norm" Sement zavodu Mexaniki Təmir üzrə Baş Mühəndis vəzifəsinə vakansiya elan edir.
Eləcə də bax: “Azərbaycan Dəmir Yolları” işçi axtarır - VAKANSİYA
Əsas vəzifə və öhdəliklər:
• Mexaniki təmir bölməsinə aid büdcənin hazırlanması və izlənilməsi
• Mexaniki nasazlıqların aradan qaldırılması üçün tədbirlər planının hazırlanması
• Mexaniki təmir işlərinin tədbirlər planına əsasən tam yerinə yetirilməsinə nəzarət
• Bölmənin illik işçi ehtiyacının müəyyən edilməsi
• Mexaniki təmir ilə əlaqədar müxtəlif təlim materiallarının hazırlanması, işçi heyətinə təlim keçirilməsi, bölmənin işçilərin illik təlim ehtiyaclarının müəyyən edilməsi
• Mexaniki təmir ilə əlaqəli hesabatların hazırlanması
• Anidən yaranan mexaniki nasazlıqların müvafiq təlimatlara əsasən ən qısa zaman çərçivəsində aradan qaldırılması
• Qeyri-standart/cizgisi olmayan ehtiyat hissələrin müəyyən edilməsi və sifarişinin SAP sistemi üzərindən yaradılması
• Mexaniki təmir bölməsinə aid gündəlik texniki təmir qrafikinin və siyahısının qurğular dayandırılmazdan əvvəl hazırlanması
• Planlama şöbəsi ilə əməkdaşlıq
• texniki təmir sisteminin yaradılması üçün texniki təmir heyətinə yardım
• mexaniki qurğuların təmiri üzrə qeydiyyatların mütəmadi aparılmasının təmin edilməsi
• texniki təmir planlarının hazırlanması
• vacib ehtiyat hissələrin siyahısının tərtib edilməsi
• ehtiyat hissələrin anbardakı miqdarının optimallaşdırılması
• texniki təmir planının həyata keçirilməsi
• İri miqyaslı dayanma (illik dayanma) planının hazırlanması
• Podratçı şirkətin işçi heyətinin sayının görüləcək işlərə müvafiq olaraq təyin olunması
• Podratçı şirkətin görəcəyi mexaniki təmir işlərlə bağlı siyahının hazırlanması və işlərin yerinə yetirilməsinə nəzarət
Tələblər:
• Mexanika və ya maşınqayırma üzrə Mühəndislik sahəsindən ali bakalavr təhsili
• MS office proqramlarından istifadə bacarığı
• İngilis dili yüksək səviyyədə
• Mexaniki təmir işləri və planlama üzrə 5 il iş təcrübəsi
Tələb olunan kompetensiyalar
• Müştəriyönümlülük
• Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
• Bütövlük
• Yenilikçilik və Davamlı inkişaf
CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan CV-lərə baxılmayacaqdır.
Tərcümeyi-halların təqdim olunması üçün son tarix: 09.09.20