W&E Forward International Transport
Ağır Nəqliyyat Vasitələri üzrə Baş Mexanik
Son tarix 11 dek 2022 [email protected]
Əmək haqqı: 2000 - 2500 AZN
İş barədə məlumat:
- Hərəkətdə olan nəqliyyat vasitəsinin saz vəziyyətdə olmasını onun cədvələ uyğun xəttə çıxması və işin sonunda xətdən qayıdarkən qəbulu zamanı onun nasazlığının müəyyən edilməsini təmin etmək;
- Xətlərdə nəqliyyat vasitələrinin və qoşquların vəziyyətinə texniki nəzarəti həyata keçirmək, təmir zamanı nasazlığın səbəblərini müəyyənləşdirmək və onların aradan qaldırılması üçün tədbirlər görmək;
- Tabeliçiyində olan usta heyətinə və təmir prosesinə nəzarət etmək;
- Ustalar arasında iş bölgüsü aparmaq və ehtiyyac yarandığı halda təmirə müdaxilə etmək;
- Hərəkətdə olan nəqliyyat vasitələrinə xidmətin göstərilməsinin və təmirin aparılmasının cədvəlini işləyib hazırlamaq və bu işlərin vaxtında, keyfiyyətlə yerinə yetirilməsinə nəzarət etmək;
- Xətlərdə nəqliyyat vasitələrinə texniki yardımın göstərilməsində iştirak etmək;
- Nəqliyyat vasitələrinin hərəkət hissələrinin ayrı-ayrı detallarının, qovşaqlarının vaxtından tez sıradan çıxmalarının səbəblərini müəyyən etmək üçün onların istismar şəraitini öyrənmək, hərəkət hissələrinin texniki vəziyyəti ilə əlaqədar boşdayanmalarının səbəbini və müddətini təhlil etmək, onların istismar müddətlərinin artırılması və texniki nasazlığının aradan qaldırılması üçün tədbirləri həyata keçirmək ;
- Nəqliyyat vasitələrinin növbəyə gedərkən və qayıdarkən cari vəziyyətini, əşya və aksesuarlarını qeydiyyata almaq, fotoşəkillərini çəkmək və sürücü ilə təhvil-təslim etmək;
- Nəqliyyat vasitələrinin təmizliyini tələb etmək və izləmək;
- Günlük, həftəlik və aylıq aparılan əməliyyatlar barədə rəhbərliyə hesabat vermək.
Namizəd üçün tələblər:
- Ali və ya orta texniki təhsil (mexanika mühəndisliyi, avtomatika mühəndisliyi və s);
- 3 il iş təcrübəsi (analoji sahə üzrə);
- Nəqliyyat vasitələrinin hərəkətdə olan hissələrinə texniki xidmətin göstərilməsi və təmirin aparılması üzrə müvafiq biliklər;
- Nəqliyyat vasitələrini və qoşquların quruluşunu, texniki xarakteristikalarını, istismar qaydalarını, nəqliyyat vasitələrinə texniki xidmətin göstərilməsi və təmirin aparılması texnologiyasını bilmək;
- Analitik təhlil etmə və problem həll etmə qabiliyyəti;
Əmək Şəraiti:
- AR-nın ƏM - nə uyğun sənədləşmə;
- İş Rejimi: Həftənin 6 günü;
- Ünvan: Sumqayıt şəhəri, Sumqayıt şossesi.
- Nahar və servis şirkət tərəfindən qarşılanır.
Son müraciət tarixi: 10.12.2022
Yalnız qeyd olunan tələblərə cavab verən namizədlər CV formalarını mövzu hissəsində “baş mexanik” qeyd etməklə elektron ünvanına göndərə bilərlər.