Oil Company
Foreman- Workover Department
Son tarix 16 yan 2023 - [email protected]
İş rejimi: 7/8 – 12 saat
Əsas vəzifə və funksiyalar:
- Neft və qaz quyularında qəza ləğvetmə, sementləmə, geofizki ölçü və dəlmə işləri, stimullaşdırma da daxil olmaqla bu və ya digər növ cari və əsaslı təmir işlərinin, bunula da bütün texnoloji proseslərin ardıcıl və normativlər daxilində icrasına nail olmaq.
- Podratçılara, xidmət göstərən şirkətlərə və buruq üzrə qrupların işlərinə nəzarət etmək.
- Quyularda aparılan əməliyyatlar üçün gündəlik lazım ola biləcək avadanlıqların planını hazırlamaq və təşkil etmək.
- Gündəlik işlərin cədvəlini hazırlamaq.
- Platformalardakı alətlərin siyahısını gündəlik yeniləmək.
- İşlərin planlaşdırılmasında iştirak etmək.
- Quyulara və quyulardakı vəziyyətə görə məsuliyyət daşımaq.
- Quyu dibi alət yığımlarını hazırlamaq.
- Podratçıların şirkət alət-avadanlıqlarından, borular, qazma boruları, elektrik maşaları və s. təyinatı üzrə doğru istifadə edilməsinə cavabdeh olmaq.
- Gündəlik hesabatları hazırlamaq.
- Periodik olaraq dispetçerə hesabat təqdim etmək və istirahət vaxtında hesabat vermək üçün məsul şəxs təyin etmək.
- Periodik olaraq SƏTƏM üzrə yoxlamalar aparmaq, işçi heyətlə bu mövzuda daimi çalışmaq və hesabat vermək.
- İşçilərə təlimlərin keçirilməsini qrafik üzrə təşkilinə yardımı olmaq.
Tələb olunan bacarıqlar:
- Neft və qaz sahəsində ən azı 5 usta illik təcrübəsi
- Fishing” avadanlıqları, servis avadanlıqları, süni qaldırıcı sistemləri, neft sanayesi üçün dəstək avadanlıqları texnikası və s. dərin biliklərin olması arzuolunan
- IWCF üzrə qüvvədə olan sertifikatın olması, İlkin yardım,, H2S, TDG və WHIMS serifikatların olması arzu olunanadır.
- Dillər- Azərbaycan dili (Səlis), İngilis dili və Rus dili - arzu olunandır
- Yüksək dərəcədə şifahi ünsiyyət, kollektivdə çalışmaq bacarığına sahib olmaq.
Əmək haqqı: 1600 AZN