Oil Supply LLC
Daxili Satınalma üzrə mütəxəssis
Son tarix 05 iyl 2025 - [email protected]
Namizədlər üçün tələblər:
- Ali təhsil (iqtisadiyyat, idarəetmə və ya əlaqəli sahə üzrə üstünlük verilir);
- Daxili satınalma sahəsində minimum 2-3 il iş təcrübəsi;
- MS Office proqramlarını (xüsusilə Excel) yüksək səviyyədə bilmək;
- Güclü analitik düşüncə və problem həll etmə bacarığı;
- Yüksək məsuliyyət və intizam, qərarvermə və təşəbbüskarlıq qabiliyyəti;
- Planlaşdırma, təşkilatçılıq və komandada işləmək bacarığı;
- Əla ünsiyyət və təqdimetmə bacarığı.
Vəzifə öhdəlikləri:
- Şirkətin satınalma siyasət və prosedurlarına uyğun fəaliyyət göstərmək;
- Təchizatçılardan rəqabətqabiliyyətli kommersiya təkliflərini toplamaq və qiymət analizləri aparmaq;
- Bazar araşdırması aparmaq, yeni potensial təchizatçıları müəyyənləşdirmək və onlarla effektiv danışıqlar aparmaq;
- Sifariş və təchizat proseslərinin vaxtında və keyfiyyətlə icrasını təmin etmək;
- Logistika və əlaqəli sənədlərin düzgün və vaxtında əldə olunmasını təşkil etmək;
- Verilən tapşırıqları deadline-lar çərçivəsində səmərəli yerinə yetirmək;
- Sorğuların detallarına diqqətlə və dəqiqliklə yanaşmaq.
Təklif etdiyimiz şərtlər:
- İş qrafiki: Bazar ertəsi – Cümə, saat 09:00 – 18:00;
- Nahar şirkət tərəfindən təmin olunur;
- Əmək haqqı: 1000 AZN (yekun məbləğ namizədin təcrübəsi və müsahibə nəticəsinə əsasən müəyyən olunacaq);
- İş yeri: Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32.
CV-lərinizi mövzu hissəsində “Daxili Satınalma üzrə mütəxəssis” qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.