FED.az xəbər verir ki, Nar Müştəri dəyərinin idarəedilməsi üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Eləcə də bax: "Baku Electronics" işçi axtarır - VAKANSİYA
Vakansiya haqqında
İdarə : B2C Kommersiya
Şöbə : Müştəri Dəyərinin İdarəedilməsi və Biznesin Təhlili
İş qrafiki: Standart
İş müddəti : Daimi
İş yeri : Port Baku Cənub Qülləsi
Son müraciət tarixi : 21.09.2020
Sizin əsas vəzifə öhdəlikləriniz:
*Müştəri axınını öncədən müəyyənləşdirəcək statistik proqnoz modellərin hazırlanması, avtomatik mükafat sistemlərinin inkişafı və modelin effektivliyinin monitorinqi
*Abunəçilərin davranışının təhlili və proqnoz edilməsi, davranış tendensiyalarının aşkarı və əldə edilən məlumatlara əsaslananaraq müştəriyönümlü məhsul və xidmət portfelinin inkişafı
*Abunəçi bazasının seqmentasiyası, mikro-seqmentasiyası və müştərilərin seqmentlər əsasında profillərinin təyin olunması
*Seqmentin davranışını proqnoz etmək məqsədilə analitik və statistik modellərinin yaradılması və hər hədəf qrupu üçün xüsusi təkliflərin formalaşdırılması
*Hər kampaniya üzrə abunəçilərin qorunması, əldə edilən gəlir, istifadə və İƏG (ROI) nöqteyi nəzərdən monitorinqi və qiymətləndirilməsi
*Müştəri axını və qoruma strategiyalarının, hədəf qruplarına yönəlik təkliflərin və satış səviyyəsinin artırılması, müxtəlif məhsulların satışı təşəbbüslərinin icrasına təkan vermək üçün müvafiq departamentlər ilə əməkdaşlıq edilməsi
Sizdən tələb olunan təhsil və iş təcrübəsi:
*İqtisadiyyat, Marketinq, Tətbiqi Riyaziyyat və ya Kibernetika üzrə Ali təhsil
*Telekommunikasiya, FMCG və Maliyyə sahələrində Hesabatların Təhlili və ya Proqnozlaşdırma üzrə iş təcrübəsi mütləqdir
Sizdən tələb olunan bacarıq və səriştəliklər:
*Analitik qabiliyyət
*STATA, R və ya digər data mining/analitik proqramlarında işləmə bacarığı
*Statistik modellərin anlayışı
*Müştəriyönümlü
*Komanda işi və əməkdaşlıq
*Nəticəyönümlü
*Strukturlu və metodoloji düşünmə qabiliyyəti
*Güclü riyazi bilik
*Azərbaycan və İngilis dillərini səlis bilmək (Rus dili biliyi əlavə üstünlükdür)
*MS Office (Ms Excel) proqramlarını mükəmməl bilmək
Müraciət etmək üçün
CV-nizi [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik.
Mövzu hissəsində “Müştəri dəyərinin idarəedilməsi üzrə mütəxəssis” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.