FED.az xəbər verir ki, "Nar" Məhsulların idarəolunması üzrə aparıcı mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Vakansiya haqqında
İdarə : B2C Kommersiya
Şöbə : Məhsullar və Xidmətlər
İş qrafiki: Standart
İş müddəti : Daimi
İş yeri : Port Baku Cənub Qülləsi
Son müraciət tarixi : 07.09.2020
Sizin əsas vəzifə öhdəlikləriniz
*Şirkətin kommersiya məqsədləri, sistem imkanları/potensialı və bazar tələbatına uyğun məhsul və xidmətlərin biznes tələblərinin hazırlanması
*Məhsul və xidmətlər üçün biznes əsaslandırmaların hazırlanması, təqdim edilməsi və nəzarət olunması
*Şirkətin kommersiya məqsədlərinə uyğun olaraq, məhsul və xidmətlərin əsas səmərəlilik göstəricilərinin müəyyən edilməsi
*Məhsul və xidmətlərin icrasının əsas səmərəlilik göstəriciləri üzrə getməsinə nəzarət olunması və hesabatların təqdim edilməsi
*Məhsul və xidmətlərin effektiv istifadəyə verilməsinin koordinasiyası və idarə edilməsi
*Müvafiq düzəldici və önləyici tədbirlər görməklə məhsul və xidmətlərin icrasının mütəmadi olaraq təkmilləşdirilməsi
Sizdən tələb olunan təhsil və iş təcrübəsi
*İqtisadiyyat, Marketinq və ya Menecement üzrə Ali təhsil
*Marketinq, Layihələrin idarəolunması və ya müvafiq sahələrdə 2-3 il iş təcrübəsi (Telekommunikasiya sahəsində təcrübə əlavə üstünlük hesab olunur)
Sizdən tələb olunan bacarıq və səriştəliklər
*Müştəri yönümlü
*Kreativlik
*Nəticə yönümlü
*Strukturlu və metodoloji düşünmə qabiliyyəti
*Analitika qabiliyyəti
*Layihələri idarə etmə bacarığı
*Paralel olaraq müxtəlif layihə, tapşırıqları idarə etmə və təqib etmə qabiliyyəti
*Komanda işi və əməkdaşlıq
*Yeniliklərə öyrənməyə yüksək motivasiyalı
*Yüksək dəqiqlik və detallara diqqət yetirmə
*Azərbaycan və İngilis dillərini səlis bilmək (Rus dili əlavə üstünlükdür)
*MS Office proqramlarını bilmək
Müraciət etmək üçün
CV-nizi [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik.
Başlıqda “Məhsulların idarəolunması üzrə aparıcı mütəxəssis” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.