Vakansiyalar

"Nar" işçi axtarır - VAKANSİYA

"Nar" işçi axtarır - VAKANSİYA | FED.az
20:04 5 Mart 2020

FED.az xəbər verir ki, "Nar" Brend və reklam işi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Eləcə də bax: "Kapital Bank" işçi axtarır - VAKANSİYA

Vakansiya haqqında

İdarə : B2C Kommersiya
İş qrafiki: Standart
İş müddəti : Daimi
İş yeri : Port Baku Cənub Qülləsi
Son müraciət tarixi : 17.03.2020

Sizin əsas vəzifə öhdəlikləriniz

* Müvafiq zaman çərçivəsində fərqli miqyaslı ATL və BTL kampaniyalarını hazırlamaq, idarə etmək və uğurla icra etmək
* Layihə çərçivəsində müvafiq istiqamətləri müəyyən etmək üçün reklam agentliklərinə dəqiq və aydın briflər hazırlamaq
* Həyata keçirilən layihələr üzrə müvafiq marketinq ünsiyyət layihəsi cədvəlləri və hesabatları hazırlamaq
* Layihələr üzrə müvafiq məlumatların yerləşdirilməsini təmin etmək
* Bütün reklam materialları üzrə məlumatların düzgünlüyünə görə məsuliyyət daşımaq
* Məlumatların brend qaydalarına uyğun olmasını və məlumatın hər yerdə eyni tərzdə təqdim olunmasını təmin etmək məqsədilə reklam materiallarında mütəmadi yoxlamalar həyata keçirmək
* Müxtəlif kommunikasiya kanalları üçün Azərbaycan, Rus və İngilis dillərində düzgün məhsul mesajları və mətnləri hazırlamaq
* Yeni ideyalarla əlaqədar görüşlərdə iştirak etmək və kreativ kampaniyalar üçün təkliflər irəli sürmək
* Məhsulların adlandırılması və məhsula aid mesajların çatdırılması üçün ideya və təkliflər irəli sürmək
* Agentlik və vendorlar ilə əməkdaşlıq etmək

Sizdən tələb olunan təhsil və iş təcrübəsi

* Ali təhsil
* Brend və ya reklam işi sahəsində ən azı 3 il iş təcrübəsi (Xarici şirkətlərlə işləmə təcrübəsi üstünlük hesab olunur)

Sizdən tələb olunan bacarıq və səriştəliklər

* Kopiraytinq (uyğun mətnlərin yığılması) bacarığı
* Vendorlarla işləmə bacarığı
* Təşkilatçılıq bacarığı
* Vaxtın düzgün idarə olunması bacarığı
* Eyni vaxtda müxtəlif tapşırıqları yerinə yetirmə qabiliyyəti
* Təzyiq altında işləmə bacarığı
* Azərbaycan, Rus və İngilis dillərini mükəmməl bilmək
* MS Office proqramlarını bilmək

Müraciət etmək üçün

CV-nizi [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik.
Başlıqda “Brend və reklam işi üzrə mütəxəssis’’ qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Digər xəbərlər