“Muğanbank” ASC Lombard kreditləri üzrə mütəxəssis vəzifəsinə işə qəbul elan edir.
Vəzifə Lombard kreditləri üzrə mütəxəssis
Maaş |
500 - 1000 manat (satışa görə əlavə bonus) |
Şəhər |
Bakı |
Yaş |
20 – 45 |
Təhsil |
Ali |
İş təcrübəsi |
1 il |
|
cv@muganbank.az |
Vəzifəyə olan tələblər:
- Potensial müştərilərin axtarışı və cəlb edilməsi;
- Müştərilərin tələblərini nəzərə alaraq, uyğun bank məhsulunu təklif etmək;
- Müştərilərin ödəmə qabiliyyətinin təhlil etmək;
- Bank məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;
- Kredit portfelinə nəzarət etmək və gündəlik ödəmələri təqib etmək;
İş vaxtı – Həftə içi – 09:00-18.00
Namizədə tələblər
- Bank, Kredit təşkilatı və-ya Lombardda təcrübə;
- Mövcud Lombard portfeli olan mütəxəssislərə üstünük verilir
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı
Vəzifə |
Əməliyyat üzrə mütəxəssis |
Maaş |
500 - 800 AZN |
Şəhər |
Bakı |
Yaş |
25 - 35 |
Təhsil |
Ali |
İş təcrübəsi |
3-5 il |
|
Vəzifəyə olan tələblər:
- Hüquqi və fiziki şəxslərə Bank hesablarının açılması ;
- Valyuta və manat əməliyyatları;
- Depozitlərin qəbul edilməsi ;
- Təcili pul köçürmə sistemləri;
- Qüvvədə olan bank qanunvericiliyini və normativ-hüquqi aktları bilməsi
İş vaxtı - həftədə 5 gün, 09.00-dan 18.00-dək
Namizədə tələblər
- Ali təhsil;
- Azı 3 il bank sahəsində iş təcrübəsi
- Ofis proqramlarında sərbəst işləmək bacarığı;
- Azərbaycan, ingilis və rus dillərində danışıq bacarığı;
- Analitik düşünmə və düzgün dəyərləndirmə qabiliyyəti;
- Ünsiyyət qurma bacarığı və müştəri ilə işləmək bacarığı;
- İşinə məsuliyyətli yanaşma
Vəzifə |
Biznes proseslərinin idarəedilməsi departamentində analitik |
Maaş |
800-1000 AZN |
Şəhər |
Bakı |
Yaş |
25 - 35 |
Təhsil |
Ali |
İş təcrübəsi |
Azı 1 il bank stajı |
|
Vəzifəyə olan tələblər:
- Proseslərin modellərinin sxemlər vasitəsi ilə qurulması və təsviri
- Tələblərin izlənilməsi
- Proseslərin effektivliyinin ölçülməsi üzrə zəruri tədbirlərin irəli sürülməsi
- Biznes tələblərinə görə hesabatların hazırlanması
- Bankın fəaliyyətinə dair məlumatların təhlillinin həyata keçirilməsi
- Əldə edilmiş nəticələrə görə gələcək dövr üçün proqnozların verilməsi
- Maliyyə bazarının analizi
- Müxtəlif analitik materialların hazırlanması
- Ayrı-ayrı mənbələrdən təmin edilən məlumatların standartlasdırılaraq məlumat bazasına yüklənməsi
- Gündəlik müxtəlif növ tapşırıqlara uyğun dataların hazırlanması
- Biznes tapşırıqlara uyğun datanın analiz olunması, yeni modellərin qurulması və tətbiqi
- Məlumat bazalarından əldə edilən statistik datanın davamlı əsaslara təmizlənməsi, strukturlaşdırılması və vizuallaşdırılaraq, mütəmadi hesabatların təqdim edilməsi
- Tətbiq olunmuş modellərin izlənilməsi və optimallaşdırılması, yenidən öyrədilməsi
- Müvafiq mürəkkəblik səviyyəsində qabaqcıl analitik modelləri inkişaf etdirmək və biznesin yaxşılaşdırılması üçün həll yolları təklif etmək
- Biznesdə maraqlı tərəflərin sorğularını şərh etmək və biznes problemləri üzrə həll olunan məlumat bazaları hazırlamaq, uyğun metodologiyanı seçmək və düzgün istifadə etmək bacarığı;
- Biznes problemlərini həll etmək üçün sürətlə təkmilləşdirilən modellərlə işləmək
- Əla ünsiyyətqurma və məlumatı vizuallaşdırma bacarıqları, əldə olunan nəticələri təqdim etmək üçün uyğun ünsiyyət və vizual dizayn seçimlərini müəyyən etmək qabiliyyəti;
- Biznes müzakirələri aparmaq (məsələn, hədəfləmə və seqmentləşdirmə strategiyaları) üçün müştəri davranışı haqqında məlumatların əldə edilməsi və nəticələrin biznes tərəfdaşlarına və yüksək səviyyəli liderlərə aydın şəkildə çatdırılması
İş vaxtı - həftədə 5 gün, 09.00-dan 18.00-dək
Namizədə tələblər
- Ali təhsil (iqtisadiyyat, maliyyə, statistika və Kompüter elmləri, Kompüter mühəndisliyi və Riyaziyyat ixtisasları üzrə olması arzu olunandır)
- Analitik kimi minimum 1 il iş təcrübəsi (Bank təcrübəsinin olması arzuolunandır)
- İnformasiyanın təhlili, sistemləşdirilməsi və ümumiləşdirilməsi, təhlil nəticələrinin struktur təqdimatı bacarıqları
- Statistik verilənlər bazaları ilə iş təcrübəsi, maliyyə hesabatlığını bilmək
- Bank biznes proseslərini anlamaq
- Bazarın əsas oyunçularını tanımaq
- Səlis Azərbaycan və İngilis dili (Rus dili biliyi arzuolunandır)
- Sistemli yanaşma, informasiyasını qurmaq və tapşırıqların alternativ həll yollarını tapmaq bacarığı
- Çoxsaylı tapşırıqları paralel icra edə bilmək, məsuliyyət, unsiyyət və sərbəst işləmək bacarıqları
- Ofis proqranlarında işləmə bacarığı (Excel, Word, Power Point) Yüksək səviyyədə MS Excel biliyi
- Kodlaşdırma bacarıqları (Python, R və ya bənzəri kimi)
- Analitik vasitələr təcrübəsi (SQL və ya bənzəri kimi)
- Datanın emal edilməsi və strukturlaşdırılmasını yüksək səviyyədə bacarmalı;
- Məlumatların vizuallaşdırılması (Tableau, Power BI və ya digərləri)
- Böyük məlumat bazasının təhlilin aparılması
- Verilən tapşırığa adaptasiya olma və sərbəst araşdırma qabiliyyəti
- Komandada (Scrum/Agile) işləmək bacarığı və yeni texnologiyaları öyrənmə həvəsi
- Məntiqi-analitik düşüncə qabiliyyəti və riyazi biliklər
- Adaptasiya və sərbəst araşdırma qabiliyyəti