METAK şirkəti vakansiya elan edib
Korporativ satış üzrə mütəxəssis
İşin təsviri:
• Potensial korporativ müştərilərin cəlb edilməsi, müştəri bazasının formalaşdırılması və mövcud korporativ müştərilərlə əlaqələrin möhkəmləndirməsi sahəsində işlərin aparılması;
• Müştərilərlə işgüzar və korporativ danışıqların aparılması;
• Satışın artırılması məqsədilə müştərilərin müvafiq məlumatlarla təmin edilməsi: əyani nümayişlər, kataloqlar, reklam materialları, qiymətlər və s.;
• Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
• Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, planların və layihələrin işlənilməsi və həyata keçirilməsi;
• Korporativ satış planının yerinə yetirilməsi.
Tələblər:
• Ali təhsil;
• İş təcrübəsi: ən azı 3 il (Korporativ satış sahəsində təcrübəsi olanlara üstünlük verilir);
• Yaş həddi - 25-35;
• Azərbaycan, ingilis və rus dillərini səlis bilməlidir;
• MS Office proqramları üzrə biliklər;
• İdarəetmə qabiliyyətli, məsuliyyətli və güclü analitik olmalıdır;
• Müştəriyönümlü satış etmək bacarığı olmalı;1
• Liderlik keyfiyyətlərinə malik olmalı.
Maraqlananlar saytda https://www.metak.az/resume/resume.php?vid=84 onlayn-anketi dolduraraq və ya [email protected] ünvanına CV göndərərək 15.01.2021 – ci il tarixinə kimi müraciət edə bilərlər.