Prior Leasing - Filial Müdiri (Mərkəzi filial)
Son tarix 11 mar 2022 - [email protected]
Həftədə 5 gün, (08:30-17:30)
Əmək haqqı : İlk 6 ay 1200 AZN (net) +800 AZN əlavə əmək haqqı, 6 aydan sonra 1500 AZN (Net) +1200 AZN bonus
Bakı, Çinar Park Biznes Mərkəzi, bina 1.
Bizim üçün uyğun namizəd aşağıdakı tələblərə cavab verməlidir:
-
Müvafiq sahədə ali təhsil (İqtisadiyyat, Maliyyə-kredit, Bank işi və s) sahib olmalı
-
3 il filial müdiri vəzifəsində iş təcrübəsi olmalı
-
Azərbaycan dilini səlis bilməli (yazılı, şifahi)
-
MS office proqramlarında yaxşı səviyyədə istifadə bacarığı olmalı
-
Yanlız kişi namizədlər nəzərdən keçirilir
-
B kateqoriyası üzrə sürücülük vəsiqəsi olmalı
Vəzifə öhdəlikləri:
-
Filialın fəaliyyət dairəsinin genişləndirilməsi, yeni müştərilərin filiala cəlb edilməsi, prosedurların tələbinə uyğun olaraq yüksək keyfiyyətli xidmət göstərilməsini təşkil, nəzarət və təmin etmək, və bu sahə üzrə təkliflər irəli sürmək
-
Filialda birbaşa marketinq tədbirlərini təşkil etmək, bu tədbirlərin səmərəliliyinin artıtılması üzrə təkliflər irəli sürmək
-
Fəaliyyət göstərdiyi filial tərəfindən biznes proseslər, müştəri məmnuniyyəti və digər keyfiyyət standartlarının düzgün və səmərəli formada tətbiq edilməsini təmin etmək
-
Filialda müştəri xidmətlərinin keyfiyyətinin yüksək səviyyədə olmasını təşkil etmək
-
Filial üzrə kredit verilməsi üzrə ümumi planın, hər bir işçi üzrə fərdi planların yerinə yetirilməsinə nəzarət edilməsinə nəzarət etmək, həmçinin filialın inkişaf planlarının hazırlanmasında bilavasitə iştirak etmək
-
Bütün kredit emal prosesinin daxili qaydalarına uyğun olaraq tətbiq edilməsini təşkil və nəzarət etmək
-
Monitorinq planına uyğun olaraq işi planlaşdırmaq və icrasına nəzarət etmək
Yuxarıda qeyd olunan tələbləri qarşılayan namizədlərdən müraciət üçün öz yenilənmiş CV*lərini email adresinə mövzu hissəsində “Filial müdiri” qeyd etməklə göndərmələri tələb olunur.
Yalnız minimum tələbləri qarşılayan namizədlərlə növbəti mərhələ üçün əlaqə saxlanılacaq.